Xəzər rayonunda müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə məxsus 7 evdən ümumilikdə 1465 manat pul, 7915 manat dəyərində qızıl əşyalar, 3000 manat dəyərində inşaat materialları, 2940 manat dəyərində velosiped, su mühərriki, elektrik naqili və məişət əşyaları oğurlanıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidməti yayıb.
Mənbə yazır ki, hadisəni törədən Qala qəsəbə sakinləri - C. Həzrətquliyev və əvvəllər məhkum olunmuş T.Əmiraslanov Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.