Bakıda 5 məhbus həbsdə ölüb.
Ednews xəbər verir ki, hadisə son günlər Pentensiar Xidmətin Bakıdakı müalicə müəssisəsində qeydə alınıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişlər - Arif Şəmilov, Bəhram Cəfərov, Sabbas Ağacanov, Gülağa İmamverdiyev və Aydın Qulamov dünyasını dəyişiblər.
Ednews-un məlumatına görə, onların xəstəlikdən öldüyü bildirilir.