Hərbidən qovulan MAXE-lərin aqibəti necə olacaq? AÇIQLAMA

Cəmiyyət 15:15 12.08.2022
Son günlər tez-tez Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuların xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilir. Nəticədə hərbi qulluqçular ordudan kənarlaşdırılır. Maraqlıdır, bəs belə şəxslər sosial şəbəkə istifadə etməklə hansı qayda pozuntusuna yol vermiş olur?  
 
Hərbi ekspert Ədalət Verdiyev Ednews-a açıqlaması zamanı bildirib ki, bu, hərbi sirrin pozulması deməkdir və görülən tədbirlərin əsas məqsədi ordudakı digər hərbiçilərin həyat və təhlükəsizliyini qorumaqdır. 
 
 
“Bu hallar milli və dövlət maraqlarına ziyan vura biləcək hərbi sirlərin yayılması ilə bağlıdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu effektiv təsir göstərmir. Nəticə etibarilə əsgərimizin yerləşdiyi əraziləri, hərbi karvanlarının yerdəyişməsini əks etdirən kadrlar belələri tərəfindən sosial şəbəkədə yayılır. Bu da orada xidmət edən hərbi qulluqçuların həyat və təhlükəsizliyi üçün real təhdidlər yaradır. İndiki müasir texnologiyalar imkan verir ki, kadrdakı ərazinin görüntüsünü, hazır koordinatlarını dəqiqliklə təyin etsinlər. Bu halların qarşısının alınması və gələcəkdə təkrarlanmaması üçün başqa yol qalmır. Çünki şifahi xəbərdarlıqlar nəticə vermir. Aidiyyatı qurumlar isə daha effektiv nəticə üçün bu addımı atmalıdır”.
 
Maraqlıdır, bəs həmin şəxslər hərbiyə yenidən qatıla bilərmi, yoxsa ordudan uzaqlaşdırma ömürlükdür? Ekspertin sözlərinə görə ordunun və dövlətin maraqlarına zidd fəaliyyəti olan hər hansı bir şəxsin sonradan orduya bərpası məqsədəuyğun deyil.
 
“Bu şəxslərin hərbiyə bərpası qətiyyən mümkün deyil. Çünki onlar cinayət işinin açılması ilə ordudan uzaqlaşdırılır”.
 
Bəs belə şəxslərin övladları necə? Onlar da orduda ömürlük iştirak edə bilməz?
 
“Qeyd edim ki, heç bir kəs digərinə görə orduda xidməti məhdudlaşdırıla bilməz. Nə ata oğula, nə də oğul ataya görə heç bir məsuliyyət daşımır”. 
 
Məsələnin hüquqi tərəflərinə gəlicə isə...
 
Hüquq müdafiəçisi Səməd Vəkilovun sözlərinə görə bu cür hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284-cü maddəsinə əsasən dövlət sirrini yayma cinayət məsuliyyətinə səbəb olur. 
 
“Hər hansısa şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda-üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər ağır nəticələrə səbəb olduqda-üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Vəzifədən azad etmə də cinayət qanunvericiliyinə əsasən cəzanın bir növüdür. Odur ki, həmin şəxslər barəsində belə tədbir görülməsi tamamilə qanuna uyğundur”.
 
Odur ki, ordumuza aid video, şəkil və ya digər bəlli olan məlumatlar paylaşılmamalıdır. Unutmayın ki, sizin böyük həvəslə çəkib sosial şəbəkə hesabınızda paylaşdığınız fotolar, videogörüntülər birmənalı şəkildə hərbi sirrin, məxfiçiliyin qorunmamasına və ölkənin informasiya təhlükəsizliyinin pozulmasına xidmət edir. Əks halda nə olacağı bəllidir, çünki qarşı tərəf düşməndir.
 
Ləman Abbaslı
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı