Azadlığa buraxılan gömrükçülər yenidən həbs edildi

Cəmiyyət 17:00 15.08.2022
Dövlət ittihamçısı tərəfindən Dövlət Gömrük Komitəsinin barələrində cinayət işi açılmış bir qrup əməkdaşlarına elan edilmiş hökmdən verilən apellyasiya protestinə baxılıb.
 
Ednews xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.03.2022-ci il tarixli hökmü ləğv edilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin azadlığa buraxdığı gömrükçülərdən 5-i məhkəmə zalında həbs edilərək yenidən cəzaçəkmə müəssisəsinə göndərilib. Onlara 1 il 2 aydan 3 ilədək həbs cəzası verilib.
 
Qeyd edək ki, bir müddət əvvəl Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektorları vəzifəsində işləmiş Elmar Mirzəyev, Orxan Zöhrabov, Emin Xəlilov və Azər Baxşıyev, həmin şöbənin inspektorları vəzifəsində işləmiş Sadiq İsgəndərov və Rəfael Əzizov, «İpək Yolu» gömrük postunda inspektor işləyən Mirağa Ağayev və «Global Broker» MMC-nin direktoru olmaqla «D2D Logistics» MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun ölkə ərazisinə idxal olunmuş malların gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi ilə bağlı prosedurların sürətli icra edilməklə idxal olunan malların gömrük nəzarətindən sərbəst dövriyyəyə buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 308.2, 311.3.1, 311.3.2 və digər maddələri ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.03.2022-ci il tarixli hökmü ilə Elmar Mirzəyevə 5 il, Sadiq İsgəndərov, Rəfael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev və Ceyhun Şabanova 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib, Orxan Zöhrabova təyin edilmiş 4 il azadlıqdan məhrum etmə cəzası şərti hesab edilib və 1 il sınaq müddəti təyin edilib, Mirağa Ağayevə isə bəraət verilib.
 
 
 
Həmçinin 9 ay müddətinə həbs cəzasına məhkum edilən şəxslər həbsdə saxlanıldıqları vaxt nəzərə alınmaqla polisin nəzarəti altına verilməklə azadlığa buraxılıb.
 
“Qafqazinfo”nun məlumatına görə, aprelin 5-də isə dövlət ittihamçısı tərəfindən həmin hökmdən iş üçün əhəmiyyət kəsb edən faktiki halların nəzərə alınmaması, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması əsasları ilə apellyasiya protesti verilib.
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı