Şabranda 4 gündür davam edən yanğın Siyəzən rayonuna keçib.
Ednews Bizim.Media-ya istinadən xəbər verir ki, rayonun dağlıq Yuxarı Ələz, Yanıq Ələz, Günovşə və Ərməkolu kəndlərində yanğın başlayıb. Yanğın bu kəndlərin örüş torpaqlarını və meşə fondunu əhatə edir.
Hadisə yerinə yerinə FHN-nin Xızı, Siyəzən və Yasamal Rayon Dövlət Yanğından Mühafizə hissələrindən 3 avtomobil və canlı qüvvə cəlb edilib.
Alovun söndürülməsi üçün bütün zəruri tədbirlər görülür.