Şabrandakı yanğınla bağlı SON MƏLUMAT - RƏSMİ - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Şabrandakı yanğınla bağlı SON MƏLUMAT - RƏSMİ

Cəmiyyət A- A A+
Şimal bölgəsində əsas yanğın ocağı kimi 5 gündür alovla mübarizə aparılan Şabranda bu gün sakitlikdir. Qubada olduğu kimi, burada da Zeyvə və Qalaltı kəndləri istiqamətində tüstülənmə müşahidə edilir.  
 
FHN-nin rayondakı 18 yanğınsöndürən avtomobili işçi heyəti ilə birgə əraziyə nəzarət edir.
 
Rayonun suvarma və su təchizatı avtomaşınları da yanğın ocaqlarında söndürmə işlərinə cəlb olunub. Texnikalar vasitəsi ilə yanan yerlərin genişlənməməsi üçün arxlar qazılır.
 
Ednews xəbər verir ki, bu barədə Bizim.Media-ya məlumat verən Şabran İH bsşçısının müavini İlkin Ağayev yanğının söndürülməsində yerli əhalinin köməyini xüsusi qeyd edib. Özünün hətta "41 yaşımı FHN-nin əsgərləri ilə birgə alovun içərisində keçirdim" deyən İlkin Ağayev bütün diqqətin yanğının tam söndürülməsinə yönəldildiyini vurğulayıb.  
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...