Yeni doğulan uşağın Bərdə rayon mərkəzi xəstəxanasında ölməsi faktı ilə bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti Ednews-a bildirib.
Mənbə qeyd edir ki, avqustun 20-də Ağcabədi rayon sakini 1997-ci il təvəllüdlü anaya qarşı Bərdə rayon mərkəzi xəstəxanasının doğum evində qeysəriyyə əməliyyatı aparılıb. Yeni doğulan uşaq həmin gün xəstəxanada ölüb.