"Vətən müharibəsindən sonra da regionda mina partlayışlarının ardı-arası kəsilmir" Umud Mirzəyev

Cəmiyyət 15:15 23.08.2022
“Bu gün Laçında Azərbaycan bayrağı dalğalanır, bizim üçün sevindirici bir gündür, biz “dəmir yumruq”la erməni işğalçılarını əzəli torpaqlarımızdan qovub çıxarmışıq. Laçın dəhlizi həm də Qarabağla Zəngəzur arasında körpü rolunu oynayır. Münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda Ermənistan, 5 rayonun Azərbaycana qaytarılması müqabilində, Laçın dəhlizinə Qarabağın statusuna bərabər status verilməsini və Ermənistanın nəzarətində qalmasını istəməklə prosesin illərlə uzanmasına səbəb olub”.
 
Ednews xəbər verir ki, bu fikirləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev Sosial Tədqiqatlar Mərkəzində “Laçın və Laçın yolu: Vətən müharibəsində qələbənin strateji vektoru” mövzusunda keçirilən tədbir zamanı deyib. 
 
O, həmçinin bildirib ki, 44 günlük Vətən müharibəsinin başa çatması nəticəsində əldə olunan üçtərəfli razılaşmanın şərtlərindən biri də Laçın dəhlizinin yeni yolla əvəz edilməsi idi. 
 
“Üçtərəfli Bəyanatın 4-cü maddəsinə əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi.  
 
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 19-da verdiyi müsahibəsində Ermənistanın silahlı qüvvələrinə məxsus bölmələrin Qarabağdan çıxarılmasının bu ilin sentyabr ayında başa çatacağını bildirib. Bu açıqlama onu göstərir ki, Ermənistan hələ də silahlı hərbi birləşmələrini qonşu dövlətin ərazisində qeyri-qanuni olaraq saxlamaqdadır”. 
 
 
O həmçinin qeyd edib ki, “Qanunsuz erməni silahlılarının avqustun 3-də törətdikləri terror-təxribat əməlinin qarşısı Azərbaycan Ordusu tərəfindən həyata keçirilən “Qisas” əməliyyatı nəticəsində alındı, bir sıra ərazilər və strateji yüksəkliklər nəzarətimizə keçdi. Bununla da Laçın şəhərindən 30 il əvvəl məcburi köçkün düşən və respublikamızın müxtəlif yerlərində müvəqqəti məskunlaşan həmvətənlərimizin doğma yurdlarına qayıdışının hazırlanması barədə Prezident İlham Əliyevin verdiyi tapşırığın icrasına başlanılıb. Düşmənin Zabux və Susdan çıxması, Laçının öz insanlarımıza təhvil verilməsi vətəndaşlarımızın həmin ərazilərə teziklə repatriasiyasını gerçəkləşdirir”.
 
Ermənilərin uzun illər Laçında işğal ərazilərində məskunlaşdığın bildirən Umud Mirzəyev  onların əksəriyyətinin Livan və Suriyadan köçürüldüyünü də diqqətə çatdırıb.
 
“Göründüyü kimi ermənilər burada 30 il boyunca qanunsuz məskunlaşma siyasəti aparırdılar. Laçın dəhlizinin ləğvi ilə Qarabağa giriş - çıxış Azərbaycanın tam nəzarətinə keçir. Ermənilər indi Qarabağın dağlıq hissəsinə dəhlizdən yox, yol ilə gedə biləcəklər. Hazırda Qarabağın dağlıq hissəsində təxminən 10 min erməni yaşayır. Xankəndi və Ağdərədə yaşayan ermənilər başa düşməlidirlər ki, düzgün yolu seçməsələr, onları da eyni tale gözləyir”.
 
 
Fondun rəhbərinin sözlərinə görə, üçtərəfli bəyanatdan sonra Kəlbəcər və digər ərazilərimizdən çıxarkən meşələri, evləri, tarixi-mədəni abidələri məhv etməklə kifayətlənməyən ermənilər indi də Laçın ərazisindəki meşə ərazilərimizi yandıraraq ətraf mühitə qəsdən zərər vururlar. Ən dəhşətlisi isə ermənilər yerin altını da başdan-başa minalarla çirkləndirirlər. 
 
“Təsəvvür edin, 1 kvadrat metr ərazidə 10 ədəd mina basdırılıb. Bu insanlığa qarşı törədilən cinayətdir. Fikir versəniz, Laçında aşkarlanan minaların əksəriyyətinin 2021-ci ildə istehsal olunduğunu göstərir. Ermənilərin hələ də minaları Azərbaycan torpaqlarında basdırmalarının əyani sübutu kimi avqustun 20 və 21-də iki hərbi qulluqçumuzun Laçın rayonu ərazisində minaya düşməsini göstərə bilərik”.
 
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti rəhbərik etdiyi təşkilat və ANAMA-nın birlikdə apardıqları tədqiqatlar nəticəsində 1991-ci ildən Vətən müharibəsinədək olan dövr ərzində 3000-ə yaxın minadan zərərçəkənin qeydiyyata alındığını da deyib.
 
“230-dan artıq insan isə mina partlaması nəticəsində yaralanıb və həlak olub. Son dəfə azad olunan yüksəkliyin ətrafında kütləvi şəkildə aşkar olunan minalar onu göstərir ki, Laçın ərazisində də müxtəlif istiqamətlər üzrə ciddi şəkildə minalanmış ərazilər mövcuddur. Şuşa, Laçının Güləbird kəndi istiqamətində bir çox mina insidentləri yaşanıb.
 
 
Bu gün işğaldan azad olunan torpaqlarda ən böyük problem mina problemidir. Bununla bağlı Beynəlxalq Avrasiya Mətbuat Fondu “Sülhün Kökləri” təşkilatının qurucusu və rəhbəri olan Heidi Kühn və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovla regiona səfər etdik. Səfər zamanı H.Kühn orada gördüyü mənzərə qarşısında dəhşətə gəldiyini dilə gətirib”. 
 
U. Mirzəyev qeyd edib ki, ümumiyyətlə, Vətən müharibəsi bitdikdən sonra da regionda mina partlayışlarının ardı-arası kəsilmir. 
 
“44 günlük Vətən müharibəsindən dərhal sonra biz bir sıra qeyri hökümət təşkilatları ilə işğaldan azad olunan ərazilərə səfər edərək, ermənilərin törətdikləri vəhşiliklərə gözlərimizlə şahiq olduq. Uzun illərdir Beynəlxalq Avrasiya Mətbuat Fondu ANAMA ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq bizə bu problemin miqyasını fərqinə varmağa, araşdırmağa imkan verir. Bununla bağlı biz petisiya başlatdıq və 20 mindən çox insanın bu sənədə imza atmasına müvəffəq olduq. Ancaq nə yazıq ki, ermənilərin Azərbaycan tərəfinə verdikləri mina xəritələri doğruluqdan uzaq bir saxta sənəddir. Bu mənada Laçın ərazisində də minaların kütləvi basdırılması bizim üçün yeni bir hal deyil”.
 
 
O, Laçını tərk edən ermənilərin evləri, meşə ərazilərimizi yandıraraq oraları məhv etməyə çalışdıqlarını çox təəssüf hissi ilə qeyd edib.
 
“Çünki onlar çox gözəl bilirlər ki, nə torpaq, nə də oradakı mülklər onların özlərinin deyil. Ermənilər öz məzarlarını da söküb aparırlar. Mən istərdim ki, bu məsələyə də xüsusi diqqət ayrılsın. Onlar bizim məzarlarımıza etdikləri divanları göz önünə alaraq, düşünürlər ki, azərbaycanlılar belə edəcəklər. Mən buradan ermənilərə səslənərək bildirmək istərdim ki, Azərbaycan xalqı heç zaman məzarlıqlara qarşı bu cür vandal hərəkətlər etməyiblər”.
 
Sonda U. Mirzəyev qeyd edib ki, avqustun 17-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində təşkil olunan tədbirdə Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatları (QHT) Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşan ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər.
 
“Azərbaycan bundan sonra da öz torpaqlarında Ermənistanın qanunsuz əməllərinə göz yummayacaq, regionda dayanıqlı sülhü təmin etmək siyasətini davam etdirəcək”,- deyə o, çıxışını yekunlaşdırıb.
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Hamısı