“İstər regionlarda, istərsə də Bakı və Abşeronda şəhid ailələri, qazi və müharibə veteranlarının işlə təmin olunması bizim üçün hər zaman prioritet təşkil edir”.
Ednews xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası zamanı bildirib.
“Bu yaxınlarda ali təhsilli fəhlələrin mühəndis kateqoriyasına keçirilməsi ilə bağlı layihəmiz var. Bu “SOCAR”ın ən yaxşı layihələrindən biri hesab olunur. Layihədə sözügedən kateqoriyadan olan insanlara üstünlük verilir. Mühəndis kateqoriyasına seçilmək üçün şəhid ailələri və qazilərə xüsusi diqqət və güzəşt nəzərdə tutulub”.