“İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi məsələsində tərəflərin qarşılıqlı tədbirlərin görülməsi olduqca vacibdir”.
Ednews xəbər verir ki, bu fikirləri Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin başçısı Draqana Koiç Beynəlxalq İtkinlər Günü ilə bağlı keçirilən “İtkin düşmüş şəxslərin şəxiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” adlı tədbirdə səsləndirib.
Koiç üzərinə düşən öhdəliklərini yüksək səviyyədə yerinə yetirdiyi üçün Azərbaycan hökumətinə təşəkkürünü bildirib.