SSRİ-nin sonuncu lideri Mixail Qorbaçov Novodeviçye qəbiristanlığında dəfn edilib.
Ednews TASS-a istinadən xəbər verir ki, o, ailə məzarlığında həyat yoldaşı, Raisa Qorbaçovanın yanında basdırılıb.
Dəfndə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Moskva meri Sergey Sobyanin, digər Rusiya rəsmiləri iştirak ediblər.