Qazaxda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Ednews xəbər verir ki, hadisə rayonun girişində qeydə alınıb. Hərəkətdə olan "VAZ "markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü, 47 yaşlı Aslan Məmmədov ölüb.
Faktla bağlı araşdırma aparılır.