Təbriz Universitetinin rektoru, azərbaycanlı alim Səfər Nəsrullazadə İrəvan Dövlət Universitetində olub və orada ali təhsil ocağının rəhbərliyi ilə görüşüb.
Ednews xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yer alıb və “Azərbaycanlılar artıq İrəvan Dövlət Universitetindədir” sərlövhəli yazılar dərc edib.
Erməni ictimaiyyəti azərbaycanlıların Ermənistana səfərindən hiddətləniblər.
Qeyd olunur ki, Təbriz Şərqi Azərbaycanın mərkəzidir və Təbriz Universiteti 1947-ci ildə yaradılıb və 1979-cu ilə qədər Azərbaycan Təbriz Universiteti adlanıb. Üstəlik, ermənilər qəzəblənirlər ki, Səfər Nəsrullazadə etnik azərbaycanlıdır.