“Son günlər abonentlərə “Azəriqaz” tərəfindən SMS gəlir. Avqust ayı ərzində bu SMS-lə bağlı Qəza Çağırı Mərkəzinə 47 mindən çox müraciət olub”.
Ednews xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Qəza Çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək deyib. O, bu barədə “Açıq qapı” aksiyasında danışıb.
Şöbə rəisinin sözlərinə görə, müraciətlərin əksəriyyəti müqavilə ilə bağlı olub:
"İnsanlarda “niyə yenidən müqavilə bağlamalıyıq”,- deyə, çaşqınlıq yaranıb. Nəticədə biz müraciət edən şəxslərə, bazalar yeniləndiyini bildirdik. Əfsuslar olsun ki, bazadakı abonentlərin əksəriyyətinin bizdə əlaqə nömrəsi yoxdur. Abonentlər ev və ya mobil telefon nömrələrini dəyişəndə belə bizə məlumat verməlidir. Buhaqqda fikirlər 80 nömrəli müqavilədə də öz əksini tapıb. Əgər müqavilə yoxdursa, abonentin qaz təchizatı dayandırılacaq. Hər iki tərəf qarşılıqlı öhdəliyini yerinə yetirməkdə məsuliyyət daşıyır”.