Hiss ləqəbi ilə tanınan azərbaycanlı müğənni Röya Məmmədli internatda böyüyən şəhidlə bağlı paylaşım edib.
O, bu barədə rəsmi "instagram" hesabında paylaşıb.
"Bəzi şeylər var ki, sözlə ifadə etmək olmur. Olsa belə çox mənasız qalır. Nur içində yat! Mənim balaca qardaşım".-paylaşımda bildirib.
Qeyd edək ki, müğənni özü də üç yaşından etibarən qardaş-bacısı ilə uşaq evində (SOS Uşaq Kəndi) böyüyüb.