Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribatın qarşısını alarkən şəhid olan Məmmədov Nahid Hüseynağa oğlu dəfn edilib.
Ednews Bizim media-ya istinadən xəbər verir ki, Cəlilabad rayonunun Vənlik kənd sakini, 1989-cu il təvəllüdlü şəhidin nəşi doğulduğu kəndə gətirilib.
Onunla əvvəlcə yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra şəhid doğulduğu kənddə torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları, rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib.