Gizir Məhəmməd Məmmədov dəfn edilib - FOTOLAR - ednews.net

30 Sentyabr, Cümə

(+994 50) 229-39-11

Gizir Məhəmməd Məmmədov dəfn edilib - FOTOLAR

Cəmiyyət A- A A+

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan ordusunun giziri Məmmədov Məhəmməd Bilal oğlu dəfn edilib.

Ednews APA - nın Cənub bürosunun verdiyi məlumata əsasən xəbər verir ki, şəhid Məhəmməd Məmmədov böyüyüb boya-başa çatdığı Biləsuvar rayonunun Ağalıkənd kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəsmiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları, kənd sakinləri və şəhidin doğmaları iştirak ediblər.

Azərbaycanın üçrəngli bayrağı şəhidin atasına təqdim olunub. Qeyd edək ki, şəhidimiz 1995-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub, 2020-ci ilin iyul ayından Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq xidmətə başlayıb.

 

2021-ci ilin dekabr ayından isə Azərbaycan ordusunda gizir rütbəsində çalışıb.

Şəhidimiz subay idi.

1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...