Azərbaycan Ordusunun Kəlbəcərdə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Omarov Eşqin Nəsib oğluna şəhid statusu veriləcək.
Bu barədə Ednews-a Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, qanunvericiliyə əsasən, E.Omarov şəhid statusu alacaq.
***
Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Omarov Eşqin Nəsib oğlu silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edib.
Bu barədə Ednews-a Baş Prokurorluqdan məlumat verilib.
Faktla əlaqədar Kəlbəcər Hərbi prokurorluğunda araşdırma aparılır.