Avtobuslarda havalandırma sistemlərinin BƏRBAD VƏZİYYƏTİ Şikayətçi sərnişinlərin suallarını cavabsız qoyan “BakuBus” niyə susur?

Cəmiyyət 13:08 21.09.2022

Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq nəqliyyatda olan sıxlıq artıb. Sıxlığın artmasına baxmayaraq sürücülərin əksəriyyəti adətən ictimai nəqliyyatdakı havalandırma sistemini söndürürlər. Bu isə sürücülərlə sərnişinlər arasında mübahisəyə, ictimai nəqliyyatdan istifadə edənlərin narazılığına səbəb olur. Bunun səbəbi kimi isə sürücülər tapşırığın onlara yanacağa qənaət etmək məqsədi ilə rəhbərlik tərəfindən verildiyini bildirirlər.

Havalandırmadakı qanunsuzluq...

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Ednews-a açıqlamasında bu cür tapşırıqların qeyri-qanuni olduğunu bildirib.

“Qapalı məkanlarda havalandırma sisteminin söndürülməsi qanunsuzdur. Çünki, dövlət rəsmi olaraq payız rejiminə keçməyib. Havanın necə olmasından asılı olmayaraq, dövlət havalandırma sistemindən istifadə normasını xüsusi olaraq fəsillərə uyğun tənzimləyir. Ümumiyyətlə, qapalı yerlərdə hər zaman havalandırma sistemi aktiv vəziyyətdə olmalıdır”.

Ekspert sürücülərin iddialarını da cavabsız qoymayıb. O, bildirib ki, adətən havalandırma sisteminin rəhbərlik tərəfindən məhdudiyyətlər qoyulduğu bildirirlir.

“Şirkətlər daha çox bunu ekoloji cəhətdən deyil, yanacağın qiymətini nəzərə alaraq tələb edirlər”.

BNA-nın ya imkanları məhduddur...

Məsələyə həmçinin nəqliyyat eksperti Elməddin Muradlı da fikir bildirib. O, bu kimi qüsurların Bakı Nəqliyyat Agentliyi tərəfindən aradan qaldırılmalı olduğunu deyib.

“Təəssüflər olsun ki, BNA-nın ya imkanları məhduddur, ya da, ümumiyyətlə, məsələyə nəzarət edə bilmir. Çünki bu cür nöqsanları, siz jurnalistlər, vətəndaşlar bilirsə, agentliyin əməkdaşları daha yaxşı bilməli və aradan qaldırmalıdırlar. Agentlik bəzən mövcud vəziyyətdən xəbərdar olsa da, sırf müraciətdən sonra məsələyə müdaxilə etməyi gözləyir”.

Elməddin Muradlı havalandırma məsələsi ilə bağlı konkret qərar verilməsinin vacibliyini də vurğulayıb.

“Avtobuslarda havalandırılma ilə əlaqədar olaraq konkret qaydalar müəyyənləşdirilməlidir. Havalandırma sistemi hansı halda aktiv vəziyyətdə, hansı halda deaktiv vəziyyətdə saxlanılmalıdır deyə konkret fikir bildirilməlidir. Düşünürəm ki, bu olsa, sərnişinlərlə sürücülər arasında nizam-intizam beləcə təmin edilə bilər”.

Tibb üzrə elmlər doktoru, professoru Adil Qeybulla, havalandırma sistemi deaktiv olan nəqliyyatların insanlarda oksigen çatışmazlığına səbəb olduğunu bildirib.

“Ümumiyyətlə, ictimai nəqliyyatdan çox sıxlıq olduğu təqdirdə istifadə etmək düzgün deyil. İmmuniteti zəif olan insanlarda bu huşunu itirməsinə gətirib çıxarır. Bu sistem, həmçinin içəridəki oksigen təminatını da tənzimləyir”.

Ekspert həmçinin pandemiyanın hələ bitmədiyini və bizim karantin rejimindən yeni çıxdığımızı da xatırladıb.

“Nəzərə alaq ki, biz pandemiya təcrübəsindən yeni çıxmışıq. Soyuqdəyməsi, yaxud xəstə olan bir kəs ictimai nəqliyyata mindiyi zaman asanlıqla onu digərlərinə yoluxdura bilər. Havalandırma sistemi işləməyən avtobuslarda isə bu hallar daha tez baş verə bilər”.

Məsələnin rəsmi tərəfini öyrənmək üçün ilk olaraq, Bakı Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, avtobusların havalandırma sisteminin fəaliyyətinin nəzarəti onların səlahiyyətində deyil. Bununla bağlı sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlərə müraciət etməyimizi tövsiyyə etdi. “Xalid Faiqoğlu MMC”nin şirkətinin ictimaiyyətə açıq olan telefon nömrəsi işlək vəziyyətdə olmadığı üçün onlarla əlaqə yaratmaq mümkün olmadı. Ancaq ən təəssüf doğurucu məqam isə “BakuBus” şırkətinin mətbuat xidməti Qalib Babayevin göstərdiyi mövqe idi. Qurumun rəsmisi əvvəl yönləndirdiyimiz suallara cavab verəcəyini bildirsə də, sonradan heç bir telefon zəngimizə cavab vermədi. Bu isə qurumun məsələ ilə bağlı mətbuata verəcəyi heç bir cavabın olmadığını bildirir.

Nəzrin Beydiyeva

Niyə məhz Aktau? Qəza barədə mühüm detallar açıqlandı

Xəbər xətti

ZAMANIN DƏYİŞMƏZ BÖYÜK ADAMI…
22:22 15.01.2025
"Qəzza danışıqlarında həll olunmamış məqamlar var"
21:27 15.01.2025
Rusiya İstintaq Komitəsi "Aktau Faciəsi" ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin edib
20:29 15.01.2025
"Ukrayna və ABŞ inauqurasiyadan sonra Trampla görüş üzərində işləyir"
17:56 15.01.2025
HƏMAS Qəzza razılaşmasına "yaşıl işıq" yandırdı
17:14 15.01.2025
Cənubi Koreyanın sabiq Prezidenti təcridxanaya göndərildi
16:56 15.01.2025
"Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm"
16:34 15.01.2025
"Karasevin Azərbaycanın ünvanına təhqiramiz ifadələri qınanmalıdır"
16:19 15.01.2025
"Bakıda 165 nömrəli marşrutun avtobusları yenilənir"
15:58 15.01.2025
Premyer Liqadakı güclü komandalara rəqib olacağıq"
15:49 15.01.2025
İlham Əliyev Engin Altan Düzyatanı təltif etdi
15:37 15.01.2025
"Yaxın gələcəkdə imtahanlar rəqəmsal formada keçiriləcək"
15:27 15.01.2025
PKK və YPG Suriya sərhədindən çıxarıldı
15:23 15.01.2025
"Kosmetoloqların da sənədləri yoxlanılmalıdır"
15:11 15.01.2025
İsrail İranın aldığı avadanlıqlara zərər verir
14:49 15.01.2025
"Media haqqında" və "Reklam haqqında" qanunlara dəyişiklik ediləcək
14:46 15.01.2025
Metapnevmavirusla bağlı risk qrupunda olanlar açıqlandı
13:38 15.01.2025
Mir Kamil Ağazadə Şeirlər
13:25 15.01.2025
İranda təlim təyyarəsi qəzaya uğradı
13:18 15.01.2025
BEA qlobal neft hasilatı üzrə proqnozunu açıqlayıb
13:13 15.01.2025
Prezident İlham Əliyev dini qurumlarla bağlı sərəncam verdi
13:08 15.01.2025
Rusiya Ukraynanı artilleriya atəşinə tutdu
12:54 15.01.2025
Ermənistan Rusiyaya nota verdi
12:51 15.01.2025
"ABŞ ilə saziş ölkəmizi fəlakətə sürükləyə bilər"
12:48 15.01.2025
ATƏT-in sədri Cənubi Qafqaza gəlməyi planlaşdırır
12:39 15.01.2025
"Prezidentin yerində olsaydım, o tələbəni...”
12:35 15.01.2025
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
12:29 15.01.2025
Ermənistan İŞİD-ə qarşı koalisiyaya qoşulacaq”
12:08 15.01.2025
AZAL-ın "qara qutuları" Qazaxıstana aparıldı
11:58 15.01.2025
Kaliforniyada meşə yanğınlarının iki yeni ocağı qeydə alınıb
11:53 15.01.2025
ABŞ-ın qüvvələrinin sərhədimizə yeridilməyində məqsəd nədir?
11:42 15.01.2025
İlham Əliyev AQEM-in Baş katibini qəbul edib
11:39 15.01.2025
"Embawood" cərimələndi
11:37 15.01.2025
Şuşa və Xocalıya daha 135 nəfər qayıtdı
11:35 15.01.2025
"Azərbaycanlıların Ermənistandan qovulması pislənilməlidir"
11:22 15.01.2025
COP29 könüllülərinə pul mükafatı ayrılıb
11:20 15.01.2025
NATO Baltik dənizinin neytral ərazilərinə də nəzarət edəcək?
11:11 15.01.2025
Odlu silah satmaq istəyən şəxs saxlanılıb
11:08 15.01.2025
"Tramp administrasiyası ilə dialoqa açığıq"
10:55 15.01.2025
Hüseynbala Mirələmovun səhhəti pisləşdi
10:07 15.01.2025
Hamısı