Bu gün axşam saatlarında “Bakcell” şəbəkəsində yaranmış texniki nasazlıq aradan qaldırılıb.
Bu barədə Ednews-a “Bakcell” şirkətindən bildirilib.
Qeyd olunub ki, artıq abunəçilər rahatlıqla “Bakcell” xidmətlərindən istifadəyə davam edə bilərlər. Nasazlığın səbəbləri ilə bağlı məlumat veriləcək.
***
20:55
Texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb.
Ednews xəbər verir ki, bu barədə “Bakcell” şirkətinin PR və korporativ kommunikasiyalar üzrə direktoru Süheylə Cəfərova məlumat yayıb.
O bildirib ki, texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür.
"Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək”, - şirkət rəsmisi vurğulayıb.
NAR-dan verilən məlumatda qeyd olunub ki, texniki çətinliklə əlaqədar şəbəkə xidmətlərində müvəqqəti fasilə yaranıb:
***
20:09
“Hazırda heyətimiz xidmətlərin ən qısa zaman ərzində bərpa edilməsi üçün çalışır. Yaranmış texniki çətinliyə görə abunəçilərimizdən üzr istəyirik. Əlavə məlumat təqdim ediləcək”. Azərbaycanda bəzi mobil operatorların işində problemlər yaranıb. Ednews xəbər verir ki, artıq 1 saata yaxındır ki, "Bakcell" və "Nar" mobil operatorunda şəbəkə itib, zəng vurmaq mümkün deyil. Sözügedən şirkətlərdən problemin nədən qaynaqlandığı ilə bağlı rəsmi açıqlama yoxdur.