Fəslin ən dəbli kombinasiyası - FOTOLAR - ednews.net

27 Noyabr,

(+994 50) 229-39-11

Fəslin ən dəbli kombinasiyası - FOTOLAR

Cəmiyyət A- A A+

Çoxqatlı geyim stilini bir çoxumuz sınamağa ehtiyat edirik. Bu barədə sosial şəbəkələrdə nə qədər mətn olsa da, dəb tənqidçiləri və stilistlər nə qədər məsləhətlər versə və uğurlu nümunələr təqdim olunsa da, hələ də suallar yaranır. "Qat-qat geyinəndə hansı qaydalara əməl etməliyik ki, "kələm" kimi və ya kök görünməyək" sualı gündəmdən düşmür. Bu mövzuda hələ çox sual olduğundan sözügedən trendi yavaş-yavaş sınamağı məsləhət görürük. Problemsiz və hazır versiyalardan başlamaq yaxşıdır. Onlardan biri - vodolozka ilə "soroçka"nın birləşməsidir.

Ednews publika.az-a istinadən xəbər verir ki, köynəklərin altında trikotaj vodolazka geyinmək payızın ən son trendləri arasında yer alır.

Köynəklə "vodolazka" birləşməsi bir güllə ilə iki quşu öldürür. Birincisi, o, sadəcə möhtəşəm görünür, obraza orijinallıq və mürəkkəblik əlavə edir. İkincisi, vodolozka sizi istənilən soyuq və küləkli havada isti saxlayacaq. Ümumiyyətlə, stil və praktiklik bir yerdədir. Və bu iki qat heç bir narahatlıq olmadan bir-biri ilə mükəmməl harmoniya yaradır.

"Louis Vuitton", "The Row", "Alaïa", "Lemaire" və bir çox demokratik brendlər payız-qış şoularında bu kombinasiyaya müraciət ediblər. Üstəlik belə bir kombin üçün əlavə alış-verişə gərək yoxdur, bütün komponentlər artıq qarderobunuzda var. Əgər özünüzü rahat hiss edirsinizsə, onda əlavə qatlar da qadağan deyil. Məsələn, bir gödəkçə, pencək və ya jilet mükəmməl uyğunlaşacaq. Xoşbəxtlikdən bütün bunlar da trenddədir. 

1

1

1

1

1

1

1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...