Bakıya yeni qatarlar gətirilir - ednews.net

4 Dekabr,

(+994 50) 229-39-11

Bakıya yeni qatarlar gətirilir

Cəmiyyət A- A A+
""Bakı Metropoliteni" QSC-nin sifarişi əsasında istehsal olunan iki yeni qatar Rusiyadan yola salınıb və yaxın günlərdə Bakıya gətiriləcək".
 
Bunu Ednews-a “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.
 
Onun sözlərinə görə, sazlama, sınaq və tənzimləmə işlərindən sonra qatarlar xəttə buraxılacaq.
 
“Oktyabr ayı ərzində isə daha iki qatar Bakıya gətiriləcək. Onlar da eyni qaydada - təchizat, sınaq, tənzimləmə və sazlama işlərindən sonra xəttə buraxılacaq. Bu işlər planlı şəkildə, mövcud inventar parkının, istismar müddətini başa vuran vaqonların əvəzinə tətbiq edilməsi şərti ilə həyata keçirilir”, - deyə B.Məmmədov qeyd edib.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...