Yeni GTA-nın hazırlanmasına rekord məbləğdə pul xərcləndi - ednews.net

4 Dekabr,

(+994 50) 229-39-11

Yeni GTA-nın hazırlanmasına rekord məbləğdə pul xərcləndi

Cəmiyyət A- A A+
"Rockstar Games" "Grand Theft Auto VI" oyununun hazırlanmasına təxminən iki milyard dollar xərcləyib. Ednews oxu.az-a istinadən xəbər verir ki, bu barədə adıçəkilən oyun studiyasınının kompüterlərini "sındıran" hakerlər qrupu məlumat yayıb. Deyilənlərin təsdiqi olaraq, iddianın müəllifi haker forumlarından birində şirkət əməkdaşlarının yazışmalarını göstərən skrinşotları dərc edib. Mesajlardan belə çıxır ki, GTA VI-nın şərti adı "Amerika"dır və layihənin işlənməsinə hələ 2016-cı ildən başlanılıb. Məlumata görə, 2 milyard dollarlıq büdcə yekun deyil. Belə ki, oyunun istifadəyə verilməsinə daha iki il var. Bu isə o deməkdir ki, GTA VI-nın yaradılmasının ümumi dəyəri daha çox ola bilər.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...