Sentyabrın 24-ü ADA Universiteti, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və İnkişaf və Diplomatiya İnstitutunun (ADA Universiteti) birgə təşkilatçılığı ilə təlim proqramı başlayıb.
Ednews xəbər verir ki, təlim İnstitunun İxtisasartırma Proqramı tərəfindən həyata keçirilir və 14 fərqli Afrika ölkəsinin UNESCO üzrə Milli Komissiyalarının baş katibləri və nümayəndələri üçün nəzərdə tutulub.