Şöbə rəisi media nümayəndələrinə səsləndi

Cəmiyyət 21:26 30.09.2022
“Məişət sayğacları hər 5 ildən bir, sənaye sayğacları isə 3 ildən bir Dövlət yoxlamasına göndərilir.
 
Ednews xəbər verir ki, SOCAR "Azəriqaz" İB-nin mütəxəssisləri tərəfindən yerlərdə mütəmadi olaraq sayğaclara baxış keçirilir, sayğaca müdaxilə halları aşkar olunarsa, istismar müddətindən asılı olmayaraq dərhal həmin sayğac çıxarılır. Abonentin qazsız qalmaması üçün yerinə digər sayğac quraşdırılır və dərhal sayğacın çıxarılma səbəbi göstərilərək akt tərtib olunur. Sayğac xüsusi möhürlü qutuya qoyulur və baxış keçirilməsi üçün Birliyin Metrologiya Departamentinə göndərilir. Yoxlama zamanı abonentin iştirakı təmin olunur, lakin bəzi hallarda abonentlər yoxlamada iştirak etmirlər. Belə olan halda isə abonentin iştirakı olmadan sayğac yoxlamadan keçirilir.” Bu sözləri SOCAR “Azəriqaz” İB-nin Metrologiya Departamentinin rəisi Zehin Rəsulov media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib. Qurum rəsmisi qeyd edib ki, ilk olaraq vizual baxış keçirilir daha sonra bütün sayğaclar sınaq qurğularına yerləşdirilərək nisbi xətaları müəyyənləşdirilir. “Məişət qaz sayğacları 3 pozisiyada - maksimal, normal və minimal sərfiyyatda yoxlanılır. Maksimal və nominal sərfiyyatda norma xətası  müsbət-mənfi bir tam onda beş, minimal sərfiyyatda isə 3 faizdir. Əgər bu norma daxilində olarsa, sayğac yararlı sayılır və yenidən istismara təhvil verilir. Əgər nisbi xətalar bu rəqəmdən kənarlaşırsa, bu halda sayğac yararsız hesab olunur və istismardan çıxarılır”, - deyə departament rəisi bildirib. 
Abonent tərəfindən ünvanlanan öncədən ödənişli sayğacın Dövlət yoxlamasından keçirildikdən sonra hansı səbəbdən bəzi hallarda cərimə protokulunun tərtib olunması ilə bağlı ünvanlanan sualı İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev cavablandırıb. Şöbə rəisi bildirib ki, SOCAR “Azəriqaz” İB-nin cərimə yazmaqla bağlı heç bir səlahiyyəti yoxdur, protokolda göstərilən rəqəm dəymiş ziyanın hesablanmasıdır. “Çox güman ki, sayğacda hansısa qüsur yaranıb. Abonentin yüklədiyi məbləğ bitib, lakin klapan bağlanmadığı üçün sayğac mənfiyə doğru hesablama aparıb. Bəzi hallarda abonent buna fikir vermir və yoxlama zamanı dəymiş ziyan hesablanır və protokol tərtib olunur. Bundan narazı olan istənilən abonent Birliyə müraciət edə və yoxlama nəticələri ilə tanış ola bilər.”, - deyə şöbə rəisi əlavə edib.
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev mətbuat nümayəndələrinə çağırış edib: “Qaz təsərrüfatına dair abonentlər tərəfindən redaksiyalara daxil olan bu tip müraciətlə bağlı istənilən media nümayəndəsi abonentin iştirakı ilə Birliyə müraciət edə bilər. Bütün proseslərin izlənməsi və işıqlandırılması üçün Birlik tərəfindən həm abonentə, həm də mətbuat nümayəndəsinə istənilən şərait yaradılacaq. Bizim məqsədimiz reallığın və şəffaflığın təmin edilməsidir.”
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı