Gəlinciklə oynayan GƏLİNLƏR Köhnəlmək bilməyən erkən nikah PROBLEMİ

Cəmiyyət 20:53 04.10.2022

Son günlər ard-arda aldığımız təcavüz xəbərlərindən sonra indi də yetkin yaşına çatmayan qızların ailələri tərəfindən zorla ərə verilməsi xəbəri gündəmi zəbt edib. Adətən bölgələrdə, kəndlərdə görməyə alışmış olduğumuz bu mənzərə artıq bədxassəli şiş kimi şəhər mühitinə də yayılmağa başlayıb. İşin ən dəhşətli tərəfi isə buna bəzi validynlərin bilərəkdən yol verməsidir. 

“Qız ki, kəkil çıxartdı, ver getsin”...

Bu fikir 19-20-ci əsrlərdə daha aktual idi. Əslində həmin zamanların insanına da bu fikirə görə bəraət qazandırmram amma hardasa dövrün tələbini və mühiti anlayıram.
Qadınların heç bir haqq və hüququnun olmadığı həmin dövlər üçün ən optimal variant kimi erkən nikah düşünülürdü. Qızlarını elm və təhsilə yönəltməyən “köhnənin kişiləri” 16 yaşa qədər qızlarını çoxdan gəlin köçürtmüş olurdu.

Son zamanlar isə “kəkili çoxdan çıxartmış”, 30 yaşına çatsa da ailə qurmaq istəməyən qızların sayı da artmaqdadır. Onlarsa daha çox “evlənərəm azadlığım məhdudlaşar”-deyə düşünürlər. Bunun da başında cəmiyyətin qoyduğu nümunələr durur. 

Elm və texnologiya dövrünə köhnə təfəkkür gətirənlər...

Yaxşı bəs indi? Müasirliyin sürətlə sərhəd aşdığı bir dövrdə valideynləri bu addımı atmağa vadar edən nədir? Axı qadınların kişilərlə bərabər hüquqa malik oluğu, asanlıqla təhsil ala bildiyi, kişilərlə eyni, hətta daha yüksək vəzifələri tutduğu bir dövrdə necə erkən nikaha meyl edib yetkinlik yaşına çatmayan qızlarımızı bu fürsətdən məhrum etmək olar?

Sizcə, bu yeniyetmələr ailəmi olacaqlar həm də hələ özlərinə bu qədər ailə nəvazişi lazımkən.

Özləri hələ uşaq sayılan bu qızlardan törəyən övladlar cəmiyyətə nə verəcəklər? Axı bioloji olaraq övlad sahibi olmaq yaşı ilə valideyn olmaq yaşı arasında xeyli fərq var.
Bəs siz heç düşümürsünüzmü  bu qızlar yeniyetməlik-genclik-yetkinlik yaşına çatanda, təfəkkürü formalaşmağa başlayanda ona reva gördüyünüz bu rəzil həyatı o, özünə rəva görməsə nə olacaq?

Boşanacaq. Həm də yedəyində 1 və ya daha artıq günahsız körpəylə. Bu zamansa ağla gələn ilk sual. Övladını, özünü necə saxlayacaq? Dövrün ən gəlirli və tələb olunan peşəsiylə məşğul olacaq. Necə deyərlər “köhnə peşəylə”.
Bizəsə qınamaq qalacaq, amma validyni yox, məhz o qızları...

Oxutdunuzmu, elm savad verdinizmi ki, sabahından sığortalanmayan qızınız "gətirməyən talehindən" çıxış yolunu namussuzluqda görməsin.Heç ona namusun nə olduğunu öyrətdinizmi?! Əlbəttə ki yox...

Təhsil təməl şərtdir, sözsüz. Amma hər zaman deyirəm, cahil təfəkkürə heç akademik təhsil də kar etməz. Oxumuş ata-analar övladlarını erkən nikahdan çəkindirsələr də, bəziləri ailə dəyərlərini aşılamadıqlarından, yuxarıda qeyd etdiyim kimi yaşı 30-a çatmış qızlar “nikaha yox” deyirlər.

Bu səbəblərdəndir ki, yaşı ötməkdə olan qızlar da sadəcə övlad dünyaya gətirmək üçün ailə qurub “bir uşaq olsun ayrılıb, öz həyatımı yaşayaram” fikri ilə nikaha yanaşırlar. Etiraf edək ki, bu fikirdə çox zaman məhz elə təhsilli ailədə böyüyən gənclər durur. Yoxluğun nə olduğunu bilməyən bu gənclər, həyatın ləzzətini var-dövlət və sərbəstlikdə gördükləri üçün ailəyə də ötəri yanaşırlar.

Bir tərəfdə ehtiyac ucbatından qızına alver predmeti kimi yanaşan valideynlər, digər tərəfdən isə hər şey versə də mənəvi dəyərlər aşılamayan təhsilli ata-ana.

Bəs kimdir müqəssir?

Əslində xalq düşməni elan edilməli ilk növbədə buna yol verən cəmiyyətdir. Varlı-kasıb paradoksu yaradan cəmiyyət. Varlıya hər şeyi, hətta ən pis hərəkətləri belə yaraşdırıb kasıbı ilk pis əməlində daş-qalaq edən cəmiyyət.

Etiraf edək ki, bəzi ailələr məhz büdcə yetməzliyindən övladını təhsildən yayındrmaq məcburiyyətində qalır. Axı niyə?! XXI əsrdir və hələ də bizdə təhsildən maddiyyat ucbatından geri qalan ailələr var. Həm də bizim Avropaya inteqrasiya etməkdə olan ölkəmizdə.

Gücümüzsə sadəcə qınamağa çatır, həm də kasıbı. Buna davam etdikcə isə cəmiyyət olaraq erkən nikah kimi bir bəladan qurtulmayacağıq. Nəticə isə göz önündədir. Cəmiyyətə yeni əxlaqsız və yaxud çarəsiz, bivec qadınlar qazandırmaq.

Çıxış yolu əlbəttə ki var..

Hər edilən mənasız adətləri icra edərək “dədə-babalarımızdan belə görmüşük”- deməklə, tərəqqi etmək mümkün deyil.

Naftalin iyi verən bəzi mənasız adətləri babalarımızın ayağına yazmaq yerinə, elmə, təhsilə yönəldərək, tərəqqi etməyi qarşısına məqsəd qoyan övladlar yetişdirmək daha məntiqli olardı. Amma dediyim kimi,  sadəcə təhsillə də işi bitmiş hesab etmək olmaz.

Övladlarımıza mənəvi dəyərləri aşılamaq, varlı-kasıb təbəqəsi yerinə, insan olaraq hər kəslə bəbabər hüquqlara sahib olduğumuzu öyrətmək lazırdır. Ən əsası isə validyn olaraq böyütdüyümuz gələcəyə ailə dəyərlərini nümunə qoyaraq sağlam nəsil yetirmək lazımdır.
Axı sağlam nəsil, sağlam gələcəyi formalaşdırır. Gələcəyi sağlam təməl üzərində qurulan ölkənisə heçbir kənar qüvvə yıxa bilməz.

Sonda isə...

Ailə basqısı ucbatından erkən yaşda ərə verilən qızlar, özünüzü qoruyun. Haqqınızı, arzularınızı, gələcək planlarınızı müdafiə edin. Qoruyun ki, onların ardınca düşməyə məqsədiniz olsun.

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı