BAMF-ın 30 illiyi ölkə mətbuatında İki Sahil yazır

Cəmiyyət 12:00 17.10.2022

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) 30 illik yubileyi münasibətilə keçirilən tədbir haqqında geniş məqalə dərc olunub.

Ednews həmin məqaləni təqdim edir:

Dünya hamımızındır

“Ömür yolunu” sülh naminə fəaliyyətə həsr edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illik yubileyi qeyd olunub

Oktyabrın 14-də “Hilton” hotelində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) 30 illik yubileyi ilə bağlı tədbir keçirilib. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri salamlama nitqi ilə açan BAMF-ın prezidenti Umud Mirzəyev bildirib: “Bu gün tədbirə tanınmış insanlar, beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrdən qonaqlar, dövlət xadimləri, media təmsilçiləri qatılıblar. Hər birinizi burada görməkdən məmnunam.”

Umud Mirzəyev qeyd edib ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu 1992-ci ildə yaradılıb və BMT-nin Sosial İqtisadi Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvü olan beynəlxalq qeyri-hökumət təşkilatıdır: “Otuz il az bir dövr deyil. Fondun 30 illik fəaliyyətində çox böyük zəhmət var. BAMF media və vətəndaş cəmiyyətinin inkişafı, qaçqın və məcburi köçkünlərin problemləri, sülh quruculuğu və münaqişələrin həlli, icmaların inkişafı və təhsil istiqamətlərində proqramlar həyata keçirir. Beynəlxalq təşkilatlarla geniş əməkdaşlıq gündəliyinə malik olan Fond  daim humanitar proseslərin fəal iştirakçısı olmaqla, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında da önəmli işlər aparır.”

Daha sonra çıxış edən BAMF-ın Müşahidə Şurasının sədri, Xalq yazıçısı Çingiz Abdullayev yubileylə bağlı fikirlərini söyləyib: “BAMF beynəlxalq aləmdə sülhün və ədalətin tərəqqisi, medianın və vətəndaş cəmiyyətinin inkişafı, milli maraqlarımızın qorunması, ərazi bütövlüyümüzün təmin edilməsi naminə  Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bu otuz ildə böyük və əvəzsiz işlər görüb.” 

Tədbirin davamında BAMF-ın 30 illiyini əks etdirən sənədli film təqdim edilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova ölkəmizin QHT sektorunda 30 il fasiləsiz fəaliyyət göstərən, çoxsaylı layihələri ilə respublikamızın müxtəlif regionlarında və xaricdə nəcib işlər görən Fondun kollektivini təbrik edib.

Ölkəmizdə QHT-lərə dövlət dəstəyi, dövlət-QHT əməkdaşlığına aid kifayət qədər nümunələrin olduğunu qeyd edən S.Yusifova diqqətə çatdırıb ki, bu əməkdaşlığın ən bariz nümunələrindən biri elə məhz Beynəlxalq Avrasiya Mətbuat Fondudur: “Beynəlxalq Avrasiya Mətbuat Fondu Qarabağ probleminin həlli, bu sahədə medianın rolu və s. istiqamətlərdə 30 illik ənənəsi, iş təcrübəsi olan, ölkəmizdə və xaricdə öz fəaliyyəti ilə hörmət və nüfuz qazanan təşkilatlardan biridir. Təsadüfi deyil ki, 30 il bundan əvvəl olduğu kimi, bu gün də Fondun fəaliyyətində humanitar aspekt üstünlük təşkil edir. Beynəlxalq Avrasiya Mətbuat Fondu 30 il ərzində təmas xəttində, 44 günlük Vətən müharibəsi bitdikdən sonra işğaldan azad edilmiş ərazilərdə minalar və partlamamış hərbi sursatların təmizlənməsi istiqamətində maarifçilik işləri aparır. Fond Azərbaycanda azsaylı təşkilatlardandır ki, həm beynəlxalq təşkilatlarda, həm də mətbuatda eyni qaydada böyük uğurlara imza atıb. Fondun artıq yerli təşkilatdan daha geniş bir coğrafiyanı əhatə edə biləcək, regional və ya beynəlxalq təşkilata çevrilməsi üçün böyük potensialı var.”

Tədbirdə BMT-nin Azərbaycan üzrə resident əlaqələndiricisinin əvəzi Quido Ambroso, “Əl-Cəzirə” Media Şəbəkəsinin Baş direktoru Mustafa Souag, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova,  Azərbaycan Respublikasının Minalardan Təmizləmə Agentliyinin  (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov,  BMT-nin QHT bölməsinin sabiq rəhbəri Andrey Abramov, Türkiyə-Avropa Jurnalistlər Birliyinin sədri Adnan Fişenk, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Beynəlxalq Reytinq Mərkəzinin baş konsulu Aleksandr Rabinoviç və başqaları çıxış edərək Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaradılmasının 30 illiyi ilə bağlı BAMF-ın  kollektivini təbrik ediblər. Diqqətə çatdırıblar ki, təşkilat bu illər ərzində  ölkəmizdə media və vətəndaş cəmiyyətinin inkişafı, qaçqın və məcburi köçkünlərin problemləri, sülh quruculuğu va münaqişələrin həlli, icmaların inkişafı və təhsil istiqamətlərində böyük işlər görüb. Eyni zamanda, BAMF-ın beynəlxalq qurumlarla, habelə BMT ilə əlaqələri və QHT kimi uğurlu və geniş fəaliyyət göstərməsi də təqdirəlayiqdir.

Tədbirdə Nobel mükafatı laureatı, professor Məhəmməd Yunusin, Birləşmiş Millətlər Təşkilatının Cenevrə  ofisinin baş direktoru David Chikvaidzenin, eyni zamanda, “Sülhün Kökləri” təşkilatının qurucusu Heidi  Kuhnun  BAMF-ın yubileyi ilə bağlı təbrik mesajları video-formatda nümayiş olunub. 

Çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, BAMF mənim üçün doğma təşkilatdır: “30 il əvvəl Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaradılmasına şəxsən şahidlik etmişəm. O zamanlar, yəni 1992-ci il çox gərgin bir dövr idi. Umud Mirzəyev dünyanın müxtəlif ölkələrindən olan jurnalistləri Azərbaycana dəvət edirdi. O, Almaniyadan və digər xarici ölkələrdən olan media nümayəndələrini Füzuliyə, digər cəbhə bölgələrinə aparırdı.”

Rəşad Məcid, həmçinin BAMF-ın bugünkü uğurlarının 30 illik böyük bir zəhmətin nəticəsi olduğunu da vurğulayıb: “Təşkilat bu illər ərzində Azərbaycan mətbuatının inkişafında böyük işlər görüb. Media təlimlərinin keçirilməsi, beynəlxalq qurumların informasiya kanallları, “Əl-Cəzirə” kimi məşhur media şəbəkəsinin Azərbaycana gətirilməsi,  regiondan verilişlər, çəkilişlər etmək heç də hər quruma müəssər olan uğur deyil. Eyni zamanda BAMF-ın beynəlxalq qurumlarla, habelə BMT ilə əlaqələri və QHT kimi uğurlu və geniş fəaliyyə göstərməyi də təqdirəlayiqdir. Mən Umud müəllimin tükənməz enerjisinin, vətənpərvərliyinin, dönməz və əzmkar mübarizəsinin dəfələrlə şahidi olmuşam”.

Mətbuat Şurasının sədri qeyd edib ki, bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu 30 yaşını qürurla, fəxrlə qeyd etməyə layiqdir: “Umud Mirzəyev uzun illər Mətbuat Şurasının İdarə Heyətinin üzvü, sədr müavini olub. Onun Şuradakı fəaliyyəti də böyük hörmətə layiqdir. Azərbaycan Mətbuat Şurası BAMF-ın 30 yaşı münasibətilə BMT-də daxil, bir çox nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqlarını layiqincə qoruduğuna, ölkəmizdə peşəkar media standartlarının tətbiqi istiqamətində səmərəli fəaliyyətinə görə qurumu diplomla təltif edir. Diplomu şəxsən hörmətli Umud müəllimə təqdim etmək istəyirəm. BAMF-da əməyi keçən hər kəsə təşəkkür edir və onları təbrik edirəm”.

Tədbir zamanı Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə “Əl-Cəzirə” Media Şəbəkəsi və Beynəlxalq Türk Mədəniyyət İrsi Fondu arasında Əməkdaşlıq memorandumları imzalanıb.

Sonda tanınmış xanəndə, Əməkdar artist, BAMF-ın mədəniyyət elçisi Qoçaq Əsgərov bir-birindən gözəl ifaları ilə tədbir iştirakçılarına gözəl əhval-ruhiyyə bəxş edib.

 

Yaqut Ağaşahqızı, “İki sahil”

 
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Hamısı