İstehlaka yararsız 12 ton süd məhsulu məhv edilib.
Ednews xəbər verir ki bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilir.
Bildirilib ki, istehlaka yararsız və istifadə müddəti bitmiş məhsulların məhv edilməsi ilə bağlı agentliyə daxil olan müraciət əsasında, “AZ FP CO LTD” MMC-yə məxsus 69 adda, 12.311,59 kq müxtəlif növ süd məhsulu “Təmiz Sumqayıt-Kənan” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.