"Sentyabr döyüşləri Azərbaycan Ordusunun düşmən üzərində hərbi üstünlüyünü bir qədər də artırdı".
Ednews xəbər verir ki, bunu müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev "Vətən müharibəsi: 44 günlük zəfər salnaməsi" mövzusunda respublika elmi-praktik konfransda çıxışında deyib.
"2021-ci və 2022-ci illərdə, o cümlədən cari ilin sentyabr ayında baş vermiş döyüş toqquşmaları zamanı əldə edilən uğurlar postmüharibə dövründə ordu quruculuğu sahəsində həyata keçirilən islahatların düzgün istiqamətə yönəldiyini sübut etdi", - deyə Baş Qərargah rəisi bildirib.