QARABAĞIN ELM VƏ MƏDƏNİYYET TARİXİNDƏ MİNİATÜRLÜ ƏLYAZMALARI

Cəmiyyət 18:31 03.11.2022
Azərbaycan müxtəlif məzmunlu  və müxtəlif dövrləri əhatə edən qiymətli əlyazma əsərlər ilə zəngin elm və  mədəniyyət mənbələrinə sahib olan ölkələrdən biridir. Bu mühim mənbələrin araşdırılması bir çox tarixi hadisələrin, eləcə də mədəniyyət və elm sahələrinə dair uğurlu fəaliyyətlərin şəxs və əsərlərinin  ortaya çıxmasına səbəb olur. Azərbaycan əlyazma kitabları mövzu və məzmun baxımından zəngin oldugu kimi,  onların  yazılma tarixi də qədimdir. Orta əsrlərdən başlıyaraq, Azərbaycanın ayrı ayrı bölgələrində əlyazma kitab sənəti ilə məşğul olan çox sayda katib, xəttat, müzəhhib, rəssam və cildçilər fəaliyyət göstərmişlər. Onlar saray kitabxanalarında, mədrəsələrdə , müxtəlif telim ocaqlarında, məscidlərdə  və  evlərdə əlyazma kitap hazırlamaqla məşğul olmuşlardır.  Müasir dövrd  Fizuli adına Əlyazmalar İnstitutunda ister Azərbaycan, istərsə də digər Şərq ölkələrinini mədəniyyət tarixinin öyrənilməsi üçün son dərəcə əhəmiyyətli əlyazmalar mühafizə edilir.  Azərbaycan əsrlər boyu ərəb  və farslarla sıx dini, edebi  və mədəni  əlaqələrinin sayəsinde təbii haldır ki, türk dilində olduğu kimi, bu xalqların dilində yazılmış əlyazma əsər  nüsxələri mövcuddur .  Hal-hazırda  Füzuli adına  Əlyazmalar  İnstitutunda  türk, ərəb və farsdilləri başda olmaqla tibb, fəlsəfə, ədəbiyyat, dilçilik, astronomiya, məntiq, tarix, çoğrafiya, riyaziyyat   və İslam ilahiyyatına dair  əsərlərin  əlyazma  və əski çap kitabları, Azərbaycanda yaşamış bəzi məşhur şəxslərinin arxiv sənədləri ilə birlikde  40 minə yaxın material qorunmaqdadır. Bu materialların  arasında elmin müxtəlif sahələrində böyük xidmət göstərmiş bir sıra məşhur Qarabağlı  alimlərin əlyazmaları da mövcuddur. Elm tarixində şərəfli yer tutan bu alimlərin əsərləri həm mətn olaraq, həm də tərtibatı baxımından  dünya kitab xəzinəsinin gözəl nümunələridir. Biz tədqiqata  Qarabağın eləcə də Azərbaycanın elm və mədəniyyətinin inkişafında özünəməxsus payı olan Mir Möhsün Nəvvabın əlyazmalarını  və Natəvanın “Gül dəftərini” cəlb etmişik .    
 
 Mir Möhsün ibn Hacı Seyyid Əhməd Nəvvab Qarabaği  Şuşa şəhərində 1833-cü ildə anadan olmuşdur. Təhsilini Şuşada alan  Nəvvab   türk, ərəb, fars dilləri  ilə yanaşı riyaziyyat və   O, həmçinin ədəbiyyat və müsiqi kimi  sahələrdə də hərtərəfli biliyə yiyələnmişdir. Çoxşaxəli yaradıcılığa malik Nəvvab  rəssam kimi ornamental divar rəsmləri də çəkmiş, gözəl xətlə yazdığı əlyazma əsər nüsxələrinin və şəxsi mətbəəsində  daşbasma üsulu ilə çap etdiyi kitabların illüstrasiyalarını çəkmişdir.  Çoxsaylı şeirlərin müəllifi olan Nəvvab, müxtəlif elm sahələrini əhatə edən türk və fars dillərində  əsərlərdə yazmışdır. Bu əsərlərdən klassik Şərq musiqisi haqqında “Vüzuh əl-ərqam”, ədəbiyyata aid “Təzkireyi Nəvvab”, “Divani əşari türki” , “Kəşf əl- əl-həqiqeyi məsnəvi”,   tarixə dair “Bəhr əl-həzən, “Tarixi rəzmi ermeni və müsəlman” və digər elmi ədəbi-bədii əsərlərin də müəllifidir.  Mir Möhsün Nəvvab 1918-ci  ildə Şuşa şəhərində vəfat etmişdir [  2, s.18;  6, s. 192]. Nəvvabın  həyat və yaradıcılığı haqqında bu qısa məlumatla kifayətlənərək, bildirmək istərdik ki, hal-hazırda onun əsərlərinin otuzdan çox əlyazma nüsxəsi Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır.  Biz bu nüsxələrdən  avtoqraf olanların  bir neçəsini misal göstərmək istəyirik. Belə ki, Nəvvabın  “Divani-əşari-farsi” adlı  fars dilində iki avtoqraf divan nüsxəsi mühafizə edilir. Əlyazmalara  fars dilində qəzəl, rübai, Hafiz Şirazi və Sədi Şirazinin şeirlərinə yazılmış təxmislər daxil edilmişdir.  1898-ci ildə  yazılmış nüsxədə  Nəvvabın bəzi şairlərin şeirlərinə cavab olaraq yazdığı  nümunələrdə vardır. Bu nüsxədə Nəvvab   görkəmli Qarabağlı şəxsiyyətlərin (Uğurlu bəy Qarabağinin oğlu Rəhim bəy  , İbrahim xan Cavanşirin nəvəsi Cəfərqulu xan ,Şeyxülislam Axund Əhməd və s.) vəfat tarixlərini qeyd etmişdir.  Əlyazmalar İnstitutunda  Nəvvabın  Həzrət Hüseynə həsr olunmuş 12 mərsiyədən ibarət “Dəvazdəh bənd”  adlı avtoqraf əsəri də    mühafizə edilir.  1897-ci ildə fars dilində yazdığı əsər məcmuəyə  (261b-265a)  daxil edilmişir. Müəllif tərəfindən əsərin sərlövhəsi qızılı, yaşıl və göy rənglərdən istifadə edilərək yazılmışdır. Bu əsərin avtoqraf olmayan daha üç  nüsxəsi institutda qorunmaqdadır.
 
Nəvvabın diqqət çəkən avtoqraflarından biri də “Kəşf əl-həqiqeyi-məsnəvi” adlı  əsərinin üç nüsxəsidir. Üç cilddən ibarət olan bu əsərə fars dilində mənzumə və təmsillər şəklində nəsihətlər daxil edilmişdir. Nəsihətlər müxtəlif məzmunlu olub, atalar sözlərindən istifadə edərək cəhalət, hiyləgərlik, tənbəllik kimi pis əməllərdən uzaq durmağı və təhsil almagın xeyirlərindən bəhs edir.  Əlyazmanın sonunda müəllif musiqiyə, xüsusilə də muğama dair maraqlı məlumatlar yazılmışdır.  Hər üç nüsxədə   müxtəlif rənglərlə çiçək motivləri ilə təzhiblənən sərlövhə tərtib edilmişdir.   Nəvvab müəllif,  katib olmaqla yanaşı, xatırladaq ki, həmçinin bəzi  əlyazmalarda çəkilmiş miniatürlərin də rəssamıdır. Əlyazmanın birinin  ilk səhifəsində Nəvvab rəngli bir kəpənək rəsmi çəkmişdir. Digər əlyazmada  isə iki rəngli miniatür çəkilmişdir. Bu miniatürlər klassik miniatür boyakarlığından daha çox müharibə və ov səhnələrini təsvir edən frizlərini xatırladır. Üçüncü əlyazmada   Qacar dövrünün rəssamlıq məktəbinə aid edilən iki rəngli miniatür çəkilmişdir.  Nəvvabın klassik Azərbaycan muğamatına dair 1884-cü ildə yazdığı “Risaleyi vuzuh əl-ərqam” adlı risaləsinin yeganə  avtoqraf nüsxəsi  də Əlyazmalar İnstitutunda saxlanılır.  Əsərdə musiqinin yaranma tarixi ilə yanaşı muğamatın güşə və şöbələri cədvəllərdə izah etmişdir.   Fars dilində yazılmış nüsxənin mətni qırmızı mürəkkəblə çərçivəyə alınmışdır.   Titul vərəqinin arxasında Nəvvabın dövrünün müctəhidi  Fazil İravaniyə yazdığı məktubun məzmunu verilmişdir.  
Dini məzmunlu əsərinə gəldikdə isə bu əsərlər həm fars və həm də türk dilində yazılmışdır. Bu əsərlərdən “Şəms  əl-hidayə”    adlı  əsəri diqqət çəkir. Nüsxə müəllifin nəzarəti ilə 1887-ci ildə Şuşada Molla Əbdüləli Qaracadağı tərəfindən köçürülmüşdür. Əsərdə Nəvvab islam ilə xristyanlıq müqayisəli təhlilini vermişdir. Nəvvabın yaradıcılığında müəllifi olduğu əsərlərin avtoqraf nüsxələri arasında içində miniatürlər çəkilmiş və 1864-cü ildə fars dilində yazdığı “Bəhr əl-həzən və kənz əl-mühən”  adlı iki hissəli əsəri gözəl nümunələrdən hesab edilir.  Abidəni Nəvvab  mətni böyük üstalıqla aralarını rəngarəng çiçək motivləri ilə bəzəyərək dörd sütünda yazılmışdır. Ortasında müəllifin və əsərin adı və tarixi yazılmış sərlövhə  rəngli boyalarla çiçək motivləri ilə  tərtib edilmişdir.Abidədə ayrı-ayrı kompozisiyada verilmiş Qacar dövrünün üslubuna aid edilən beş miniatür çəkilmişdir.  Miniatürlərdə  Kərbəlada baş vermiş müharibə səhnələri, İmam Hüseyn mücahidlərinin şücaətləri və s.   təsvir olunmuşdur. 
 
Əsərin eyni tərtibatlı “Kənz əl-muhən”  ikinci hissəsində isə on iki imam haqqında qəsidələr, türk və fars dillərində yazılmış şeirlər daxil edilmişdir. Nəvvabın istər müəllif, istər rəssam və istərsə də cildiçi kimi hazırladığı bu abidə  Azərbaycan kitab sənətini öyrənmək baxımından xüsusi əhəmiyyətə malikdir.  Nəvvabın fars dilində yazdığı avtoqraf  əsərlərindən  həmçinin “Pendnamə”,”Ziya əl-ənvar”, “Nur əl-ənvar”  əsərləri də Əlyazmalar İnstitutunda mühafizədədir.
 
   
Mir Möhsün Nəvvabın institutunda türkdilli əsərləri də saxlanılır. Onun türk dilində yazdığı avtoqraf  əsərlədən biri  “Təzkirə”  olub, XIX əsr Azərbaycan şairlərinin həyat və yaradıcılığından bəhs edir.  1892-ci ildə yazdığı bu əsər üç hissədən ibarət olub, özündən əvvəl yaşamış məşhur şairlərdən,  ikinci hissədə öz müasiri olan şairlərdən və son hissədə isə məşhur olmayan şairlədən bəhs edir. Nəvvabın türk dilində yazdığı əsərlərdən biri “Kifayət əl-ətfal”  astrologiyadan bəhs edən əsər olub, 12 məqalədən ibarətdir. Əsərin üç avtoqraf    nüsxəsi qorunmaqdadır.  Hər üç nüsxə 1899-cu ildə yazılmışdır. Müəllif bu əsərdə rus, türk və fars dillərində ayların adlarından, günlərin saylarından, ulduzlardan və günün tutulmasından bəhs edir. Nəvvab bu nüsxələrdə günün tutulması səbəblərini və planetlərin vəziyyətinin  izahlarını zərli və rəngli boyalarla vermişdir. 1906-cı ildə isə Nəvvabın türk dilində yazdığı “Tarixi-rəmzi şurişi taifeyi əramani ba müsəlmanani-Qafqaz” adlı avtoqraf əlyazma da  institutda mühafizə edilir.  1b vərəqində sərlövhə qırmızı və yaşıl rənglərə tərtib edilmişdir.İlk iki vərəqdə mətn ikili qırmızı rəngli çərçivəyə alınmışdır.Əsər 1905-1906-cı illərdə baş vermiş erməni-müsəlman müharibələrinə həsr olunmuşdur. Mir Möhsün  Nəvvab yuxarıda adı çəkilən bütün avtoqraf əsərlərini Şuşada yazmışdır. 
 
Görkəmli Azərbaycan şairəsi, Qarabağ xanı  Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan hicri 1248-ci (m.1832) ildə Şuşada anadan оlmuşdur.  Natavan, sarayda ailənin yeganə övladı olduğu üçün «Dürri yeкta» (Təк inci), el arasında isə «Xan qızı» çağırmışlar. O, ərəb və fars dillərini öyrənmiş, klassik şeirin qayda-qanunlarını mənimsəmişdi. İlk vaxtlar onun "Xurşid" imzası ilə yazdığı şeirlərinin  yalnız cüzi bir hissəsi bizə gəlib çatmışdır.  Şairə sonralar özünə "Natəvan" təxəllüsünü götürərək, müxtəlif məzmunlu qəzəllər yazmışdır. Xurşidbanu Natəvan hicri 1315-ci (m.1897) ildə vəfat etmiş və Ağdamda "İmarət" adlanan ənənəvi xan məzarlığında   dəfn olunmuşdur.   Xurşidbanu Natavanın Əlyazmalar İnstitutunda şeir toplusu olan əlyazma ilə yanaşı “Gül dəftəri” (albomu) də mühafizə edilir.  Natavan “Gül dəftəri”nə qısa həcmli şerilərlə yazmaqla bərabər dəniz mənzərəsi, evlər, ağaclar, güllər, çaylar, körpü və s. mənzərəli otuz iki ədəd qara rəngli sadə qələmlə rəsimlər də çəkmişdir. Bəzi şeirlər avtoqraf olsa da, katib tərəfindən yazılan şeirlər də az deyildir. 102b vərəqi rəngli akvarel boya ilə gül rəsimləri ilə haşıyəyə alınmışdır. Cildi kartona çəkilmiş güllü tikmədir. Natavanın əl işi olan tikmənin üstünə qara rəngli mürəkkəblə hicri 1304-cü (m.1886) il tarixi qoyulmuşdur.
 
Dosent  Nailə Süleymanova
 
Başına pul mükafatı qoyulan Milli Qəhrəman Albert Aqarunov - ANIM - VİDEO

Xəbər xətti

Zaqatalada dönərdən zəhərlənənlərin 15-i uşaqdır - TƏBİB
10:41 08.05.2024
Elçin Əmirbəyov: “Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər”
10:34 08.05.2024
Başına pul mükafatı qoyulan Milli Qəhrəman Albert Aqarunov - ANIM - VİDEO
10:30 08.05.2024
Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək
10:26 08.05.2024
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
10:20 08.05.2024
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
10:16 08.05.2024
Robert Fitso: "Makron ölkəmizdə populyar siyasətçi sayılmır"
10:09 08.05.2024
Umud Mirzəyev Şuşadan danışdı: “Mən o günlərin şahidi olmuşam”
10:00 08.05.2024
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
09:55 08.05.2024
Azərbaycanda bu ilin birinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb
09:49 08.05.2024
Havaya atəş açan suriyalılar deportasiya edilib
Havaya atəş açan suriyalılar deportasiya edilib
09:47 08.05.2024
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
09:46 08.05.2024
Meyiti tapılan erməni əsgər İNTİHAR EDİBMİŞ
09:38 08.05.2024
Kəlbəcərə dolu düşüb, dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA
09:27 08.05.2024
Azərbaycan Slovakiya ilə birgə silah istehsal EDƏCƏK
09:18 08.05.2024
Slovakiyanın Baş naziri Avropa İttifaqını tənqid etdi: "Özünə aşiqdir"
09:00 08.05.2024
BMT Somaliyə humanitar yardım üçün 228 milyon dollar cəlb etmək niyyətindədir
07:25 08.05.2024
Ukrayna rəsmisi: Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatıq
06:40 08.05.2024
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
05:33 08.05.2024
Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
04:21 08.05.2024
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək
03:19 08.05.2024
Şotlandiyanın yeni hökumət başçısı məlum olub
02:18 08.05.2024
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
01:00 08.05.2024
202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb - SƏBƏB
00:16 08.05.2024
Paşinyan: “KTMT-nin Ermənistanda qalması üçün müharibə lazımdır”
23:44 07.05.2024
Aygün Bəylərin ailəsi tiktoker Ləmanla bağlı polisə şikayət edib
23:23 07.05.2024
DİQQƏT! Səhiyyə Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti əhaliyə müraciət edib
23:09 07.05.2024
Kilian Mbappenin "Real"da geyinəcəyi forma nömrəsi bəlli olub
23:00 07.05.2024
Polşada ölkənin avroya keçməyə hazırlığı qiymətləndirilib
22:33 07.05.2024
Naxçıvanda ASAN Vəkil Bürosu açılıb
22:12 07.05.2024
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib
21:54 07.05.2024
Quterreş: Qəzzada atəşkəs əldə olunmasa, faciə baş verəcək
21:30 07.05.2024
Azərbaycanın iqlim dəyişikliyi üzrə Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib
21:14 07.05.2024
“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
20:51 07.05.2024
Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesində regional dinamika müzakirə edilib
20:49 07.05.2024
İtaliyanın "Yuventus" klubu heyətini gücləndirib
20:34 07.05.2024
Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq
20:05 07.05.2024
Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
19:50 07.05.2024
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkətin bərpa olunacağı vaxt açıqlanıb
19:30 07.05.2024
Həcc vizası olmayan şəxslər cərimə ediləcək
19:19 07.05.2024
Hamısı