Göyçay rayonun Çərəkə kəndində yaşayan 14 yaşlı qızın ərə verilməsi baradə yayılan iddialara kəndin rəsmi nümayaəndəsi cavab verib.
Çərəkə kəndinin rəsmi nümayəndəsi Tehran Adıgözəlov Ednews-a açıqlamasında bildirib ki, yayılan xəbərlər doğrudur. Lakin...
“Ancaq toy söhbəti yoxdur. Kənddə yığıncaq etmişdilər, polisə məlumat verildi. Rayon İcra Hakimiyyəti üzrə komissiya ailə başçılarına bu barədə məlumat verildi. Onlarla profilaktik söhbətlər aparılıb. Toyu etmək istəyən adamlar savadız, dünyadan xəbəri olmayanlardır”,- deyə, bildirib.
Maraqlısı isə odur ki, kəndin rəsmi nümayəndəsi xəbəri təsdiqləsə də, azyaşlının anası mətbuata bunu təkzib edərək bildirib ki, belə bir hadisə baş verməyib. Hətta o, media nümayəndələrini hədələyərək, onlara “Hamınız barədə ölçü götürəcəm. Kimsə yalan informasiya yaymasın” deyərək hədə- qorxu da gəlib.
Xatırladaq ki, bu barədə Azərbaycan Uşaqlar Birliynin sədri Kəmalə Ağazadə öz facebook səhifəsində bildirib.