“Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi “Müzəffər ordunun qalib igidləri” adlı kitabının yazılması ilə bağlı layihəsini başa çatdırıb.
Ednews xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd Vətən müharibəsinin qəhrəmanlarını daha geniş miqyasda təbliğ etmək, cəmiyyəti maarifləndirmək və onların hər biri haqqında ətraflı informasiyanı gələcək nəsillərə çatdırmaqdır.
Kitabın ilkin təqdimatı Bakıda keçirilib. Bakıda keçirilən təqdimatdan sonra “Müzəffər ordunun qalib igidləri” kitabı Masallı və Qazaxda ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, kitab 2020-ci il sentyabr ayının 27 də başlayaraq, noyabr ayının 8-də Şuşa şəhərinin alınması ilə başa atan 44-günlük müharibə müddətində 30 il düşmən tapdağı altında olan Vətən torpaqlarına al qanlarını axıda - axıda şirin canlarından keçən, son nəfəslərində “Təki Vətən sağ olsun” – deyən Qazax, Masallı rayonları və Bakı şəhərindən olan 50 nəfər igid oğullarımızın həyat hekayəsidir.