Son zamanlar uşaqlar üçün nəzərdə tutulan sosial müavinətlərin (“uşaq pulu”) bərpa edilməsi ilə bağlı müxtəlif fikirlər səslənib.
Məlumdur ki, dünyanın inkişaf etmiş ölkələrində sosial müavinət hazırda da mövcuddur. 18 yaşına qədər uşaqların dövlət tərəfindən təminatı Avropada mühim əhəmiyyət kəsb edir.
Məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov Ednews-a açıqlamasında bildirib ki, bu barədə hələ ki, bir yenilik yoxdur.
“Bununla bağlı həmkarlarımız mətbuatda geniş fikir bildiriblər. Hələki yenilik yoxdur. Bir az gözləməliyik. İnanıram ki, zamanla bu məsələyə baxılacaq”.
Xatırladaq ki, 2006-cı il 1 iyun tarixindən etibarən Azərbaycanda “uşaq pulu”nun verilməsi dayandırılıb.
Oğuz Ayvaz