Türkiyənin İstanbul şəhərində baş vermiş partlayışdan sonra xəstəxanalara yerləşdirilən yaralıların 57 nəfəri evə buraxılıb.
Ednews xəbər verir ki, bunu İstanbul şəhərinin valisi Ali Yerlikaya “Twitter“ səhifəsində yazıb.
O qeyd edib ki, 18 nəfər müalicəsini davam etdirir, onlardan 6 nəfəri reanimasiya və intensiv terapiya şöbəsindədir. Xəstələrdən ikisinin vəziyyəti ağırdır.
“Yaralıların tez bir zamanda sağlamlıqlarına qovuşması üçün dualar edirik”, - əlavə olunub.