"Laçın şəhəri sürətlə yenidən qurulur. Tezliklə şəhərimiz dağlar qoynunda cənnəti xatırladan məkana çevriləcək...”
Ednews xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Hüseynov öz facebook hesabında paylaşıb. O, Laçında yeni tikilən evlərin videosunu yayımlayaraq, izləyicilərini orada gedən bərpa işləri ilə tanış edib.
“Bərpa edilən növbəti ev. Rahat və firavan yaşamaq üçün hər şey nəzərdə tutulub. Allah xalqımızı və dövlətimizi qorusun. Şəhidlərimizin ruhu daima şad olsun!"
Qeyd edək ki, Ərşad Hüseynov özü əslən Laçın rayonundandır.
Həmin videonu təqdim edirik:
Nəzrin Beydiyeva