Azərbaycanda binaların təhlükəsizliyinə kimlər nəzarət edir? Ekspertdən AÇIQLAMA

Cəmiyyət 17:06 17.11.2022

Son bir neçə həftədir, Azərbaycanda çoxmərtəbəli binalarında partlayış hadisələrinin baş verməsi ilə bağlı xəbərlərdə artım müşahidə edilir. Təəssüf ki, binalar partlamaqla qalmır, həmçinin sakinlərin ölümü və ya ağır xəsarəti ilə nəticələnir.

Xırdalanda baş verən partlayış hadisəsi də üç nəfərin ağır yaralanmasına səbəb oldu. 

Maraqlıdır ki, binaların təhlükəsizliyinə kim nəzarət edir? Bu kimi hadisələrin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Ednews-a danışarkən qeyd edib ki, çoxmərtəbəli binalar inşa ediləndə bütün lazım olan təhlükəsizlik normaları və standartlar nəzərə alınmalıdır.

“Binaların təhlükəsizlik məsələləri onun tabe olduğu qurumdan asılıdır. Qurum baş verə biləcək təhlükələrin qarşısını almaq üçün tədbirlər görməlidir. Son zamanlar baş verən partlayışlara nəzər salsaq bütün evlərdə qaz, işıq təsərrüfatında təhlükəsizliklə bağlı tədbirlər alınmalıdır. Qazla düzgün istifadə edilmədikdə natamam yanma nəticəsində dəm qazı əmələ gəlir. Bu da insanların həyatı üçün təhlükə riskidir. İnsanlar qaz təsərrüfatı ilə bağlı təmir işi apararkən, yerdəyişmə edərkən diqqətli olmalıdır. Eyni zamanda qaz cihazı alarkən mütləq yüksək standartlara cavab verən məhsulun olmasına diqqət etmək lazımdır. Cihazların quraşdırılması üçün də sertifikasiyası olan, akkreditiasiyadan keçmiş müəssisələrə müraciət etmək lazımdır. Əfsuslar olsun ki, insanlar heç bir akkreditasiyası olmayan fərdi şəxslərə qaz cihazlarının yerləşdirilməsini həvalə edirlər. Belə olduqda təhlükə riski qaçılmazdır. Evlərdə qaz sızmasının aşkar olunması üçün xüsusi cihazlar var. Bu cihazlar evdə qaz sızması baş verdikdə birbaşa ultrabənövşəyi şüalar vasitəsi ilə siqnal ötürür. Həm qazın istifadəsi dayanır, həm də istifadəçiyə bununla bağlı bildiriş gəlir”.  

Ekspert həmçinin qeyd edib ki, bəzi özəl müəssisələr var ki, fərdi yaşayış məntəqələri bu kimi qurumlara müraciət edərək təhlükəsizlik məsələlərində yoxlanış edə bilərlər.

“Bu vətəndaşların üzərinə düşən bir məsələdir. Binaların hansı komplekslərin balansındadırsa, həmin şirkətlər  binaların ümumi təhlükəsizliyinə, infraksrtukturuna, eyni zamanda generator otaqlarına, qazanxanalara nəzarət etməlidir. Dəfələrlə şahidi oluruq ki, yaşayış binasında lift qırıldı. Burada bina sakinin günahı nədir? Sakinlər binaya aylıq kommunal ödəniş edirsə binaya nəzarət edən qurum da öz üzərinə düşən məsələyə biganə qalmamalıdır”.  

O, son olaraq bildirib ki, binanın ümumi təhlükəsizliyinə aid olduğu şirkət nəzarət edirsə, fərdi evlərdə baş verə biləcək hər hansı məsələyə təhlükəsizlik məsələlərinə orada yaşan ev sakini məsuliyyət daşıyır.  

Ayan Rzayeva 

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
Hamısı