Paytaxtda hamilə itə işgəncə verilərək gözləri çıxarılıb.
Bu barədə Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Fərid Mansurov Ednews-a açıqlaması zamanı deyib.
O, qeyd edib ki, hamilə heyvan əvvəl naməlum şəxslər tərəfindən döyülüb, sonra isə gözləri çıxarılıb.
“Bu şəxslər iti o qədər döyüblər ki, işgəncədən heyvan özündən gedib. Hətta onu ölmüş bilib, zibilliyə atıblar. Səhəri gün iti tapan sakinlər bu haqda bizə məlumat verdilər və əməkdaşlarımız hadisə yerinə gedib, təcili olaraq it baytar həkiminə aparılıb. Müayinə zamanı itdə daxili qanaxma bəlli olub. Bu səbəbdən itin bətnindəki balalarının sağ olub-olmaması sual altındadır. Əlavə olaraq it kəllə-beyin travması alıb və bütün bədəni qan laxtaları ilə doludur”.
F.Mansurov iti bu hala gətirən insanlardan da danışıb.
“Bu insanlıqdan kənar olan bir hadisədir. Belələrini insan adlandırmaq olmaz. İndi görün necə qorxunc “məxluqlarla” eyni dünyada yaşayırıq. Nə mərhəmətləri var, nə vicdanları, nə də hər hansısa vicdanı dəyərləri”.
Nəzrin Beydiyeva