Misirdə avtobus və yük avtomobilinin toqquşması nəticəsində 12 nəfər ölüb.
Ednews xəbər verir ki, bu barədə “Al-Masry Al-Youm” qəzeti məlumat yayıb.
Qəza Ras-Qərib və Zaafərana şəhərləri arasındakı magistralda baş verib. Hadisə nəticəsində daha 30 nəfər yaralanıb
Digər təfərrüatlar barədə məlumat verilmir.