Bakıda qadın taksi sürücüsünü özünə xəsarət yetirməklə şantaj edib.
Ednews xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə noyabrın 14-də Bakı şəhər sakini E.Cəfərzadənin taksi kimi idarə etdiyi KİA markalı avtomobilində qadın sərnişinin övladının xəstə və pula ehtiyacı olması barədə müraciət daxil olub.
Məlumatda qeyd olunur ki, o həmçinin, özünə xəsarət yetirərək sürücünün üzərinə atacağı ilə hədələyərək, 1450 manat pulunu alacağını deyib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etmədə şübhəli bilinən Şərur rayon sakini, əvvəllər də xuliqanlığa görə məhkum olunmuş Tünzalə Şəfiyeva müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.