İranla sərhəddə ƏMƏLİYYAT keçirildi - TUTULAN VAR - FOTOLAR - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

İranla sərhəddə ƏMƏLİYYAT keçirildi - TUTULAN VAR - FOTOLAR

Cəmiyyət A- A A+
Noyabr ayının 28-də saat 21:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Arazbarı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
 
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Ednews-a verilən məlumata görə, keçirilmiş tədbirlər nəticəsində Qaradağ rayon sakini 1990-cı il təvəllüdlü Niftəliyev Elçin Biləsuvar oğlu saxlanılıb və şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 5 kiloqram 50 qram narkotik vasitəyə bənzər maddə (marixuana) aşkar olunaraq götürülüb.
 
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...