Ekologiya və Təbii Sərvətlər nazirinə yeni SƏLAHİYYƏTLƏR verildi - ednews.net

27 Yanvar, Cümə

(+994 50) 229-39-11

Ekologiya və Təbii Sərvətlər nazirinə yeni SƏLAHİYYƏTLƏR verildi

Cəmiyyət A- A A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya Agentliyinin idarəetmə orqanı onun İdarə Heyəti olacaq. 

Ednews xəbər verir ki, bu barədə Agentliyin bu gün Baş Nazir Əli Əsədov tərəfindən təsdiqlənmiş Nizamnaməsində qeyd olunub.  

Sənədə əsasən, İdarə Heyəti Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

Bildirilib ki, idarə Heyəti 3 üzvdən – ekologiya və təbii sərvətlər nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və onun iki müavinindən ibarətdir. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə müavinlərindən biri icra edir.  

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...