Bildiyiniz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Heydər Əliyev Fondu tərəfindən Şəki Xan məscidi kompleksində aparılan bərpa işləri ilə tanış olub.
Ednews Bizim.Media-ya istinadən xəbər verir ki, yerli dini icmadan verilən məlumata əsasən, sovet hakimiyyəti illərində Xan məscidindən tamamilə başqa məqsədlər üçün istifadə olunub. Çünki onun ərazisi böyük və genişdir.
Nəhayət, bir əsr sonra Şəki Xan məscidinin minarəsindən ilk dəfə azan səsi ucalıb. Yerli din xadimləri və sakinlərin iştirakı ilə şükran namazı qılınıb.
Namazdan sonra dövlət və millətimizin birlik və bərabərliyi üçün, Vətən uğrunda canından keçən şəhidlərimiz üçün dualar edilib, qazilərə şəfa dilənib.