AQTA Gürcüstandan gətirilən toxumluq kartofla bağlı məlumat yaydı - ednews.net

2 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

AQTA Gürcüstandan gətirilən toxumluq kartofla bağlı məlumat yaydı

Cəmiyyət A- A A+

Azərbaycanın Gürcüstandan gətirdiyi toxumluq kartof məhsulunda karantin tətbiq edilən zərərvericilər aşkar olunduğuna görə məhv edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Ednews-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Süleymanov Ramin Zahid oğlunun Gürcüstan Respublikasından idxal etdiyi toxumluq kartof məhsulundan Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.


Sınaq protokollarına əsasən, məhsul partiyasında karantin tətbiq edilən zərərvericilər - kartof yumrularında halqavari çürümə (Clavibacter michiganensis subsp. sepedonicus) və kartof gövdə nematodu (Ditylenchus destructor Thor.) aşkar edilib.

Faktla bağlı qanunvericiliyə müvafiq tədbirlər görülüb və istehlaka yararsız məhsul məişət tullantıları poliqonunda məhv edilib.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...