Müğənni Eldar Qasımov “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin musiqi prodüseri seçilib.
Ednews Bizim media-ya istinadən xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat verib.
Qasımov, “İctimai” televiziyanın “Avroviziya-2023”də Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri olmaq barədə təklifini qəbul etdiyini açıqlayıb:
“Həyatımı 180 dərəcə dəyişdirən, 2011-ci ildən bəri məni “Avroviziya” ilə bağlayan çox şey oldu. Xüsusilə, xoş xatirələr və emosiyalar. İndi isə vaxt (və dəvət) gəldi. Bu dəfə peşəkar mənada yenidən ora qayıdıram.
İTV-nin “Avroviziya-2023”də Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri olmaq təklifini qəbul etdim. Düzünü desəm, ağlımdan və könlümdən çox şey keçir, amma ən çox yenidən ürəyimi bu işə vermək istəyi...” Qeyd edək ki, Eldar Qasımov Nigar Camal ilə birlikdə 2011-ci ildə "Running scared" nəğməsi ilə sözügedən yarışmanın qalibi olublar.