Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər keçirilib

Cəmiyyət 21:14 12.12.2022

Dekabrın 12-də Ankarada Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirlər təşkil olunub.

Ednews xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və səfirlik kollektivi, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Yeni Azərbaycan Partiyasından Milli Məclisin deputatı Hikmət Babaoğlu, Ədalət və İnkişaf Partiyasının (Ak Parti) beynəlxalq əlaqələr departamentinin sədr müavini Mehmet Ceylan, SOCAR Türkiyə Enerji Şirkəti və TANAP əməkdaşları, hərbi qulluqçular, kursantlar, yerli ictimaiyyətin nümayəndələri və digər rəsmi şəxslər Ankaradakı Heydər Əliyev Parkında Ümummilli Liderimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq Ulu Öndərin abidəsi önünə əklillər qoymuş və tər çiçəklər düzmüşlər.

Anım mərasiminin davamı olaraq Ankaradakı Azərbaycan Evinin Şuşa Konqres Mərkəzində Azərbaycanın Türkiyədəki Səfirliyi, Ədalət və İnkişaf Partiyası, Yeni Azərbaycan Partiyası, eləcə də Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin birgə təşkilatçılığı ilə “Qardaşlıqdan müttəfiqliyə gedən yolda Heydər Əliyevin “Bir millət, iki dövlət!” fəlsəfəsinin rolu” mövzusunda simpozium keçirilib.

Tədbir Ulu Öndərin Azərbaycanın rifahına həsr olunmuş mənalı həyatını əks etdirən filmin nümayişi ilə başlayıb.

Sonra Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan və Türkiyənin Dövlət himnlərinin oxunmasından sonra tədbir iştirakçıları çıxışlar ediblər.

Simpoziumun açılışını edən Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycan xalqının mənafeyi naminə həyata keçirdiyi faəliyyəti vurğulamış, onun həyatının xalqına həsr olunduğunu qeyd etmişdir.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov gələn ilin Azərbaycan Respublikasını Prezidenti İlham Əliyevin sərəncamı ilə Heydər Əliye ili elan olunduğunu və gələn il bu çərçivədə çoxsaylı tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. Səfir bildirib ki, ümumxalq sevgisi qazanmış Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qazanmasından sonra həyata keçirdiyi xilaskarlıq missiyasından danışıbvə Ulu öndərin yalnız Azərbaycanın deyil, türk dünyasının nəhəng siyasi şəxsiyyəti olduğunu qeyd edib.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Ümummilli liderlə bağlı xoş xatirələrini bölüşüb və onun türk dövlətlərinin vahid platformada birləşməsində müstəsna rolunu qeyd edib.

Ədalət və İnkişaf Partiyasının (Ak Parti) beynəlxalq əlaqələr departamentinin sədr müavini Mehmet Ceylan Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” prinsipi ilə səciyyələndirdiyi Azərbaycan-Türkiyə münasibətlərinin hazırda strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.

Yeni Azərbaycan Partiyasından Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə olan xalq məhəbbətini onun tarixi xidmətlərinin nəticəsi olaraq dəyərləndirib.

Natiqlərin çıxışlarında Ümummilli lider Heydər Əliyevin xüsusi önəm verdiyi Azərbaycan-Türkiyə münasibtlərinin hazırda daha da inkişaf edərək qardaşlıq səviyyəsinə çatdığı, dünyada analoqunun olmadığı vurğulanıb.

Çıxışların sonunda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş panel sessiyaları baş tutub.

Ankarada Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar digər bir tədbir paytaxtda Ulu öndərin adını daşıyan orta məktəbdə təşkil olunub. Azərbaycanın Türkiyədəki Səfirliyinin də iştirak etdiyi tədbirdə Ümummilli lider Heydər Əliyevə həsr olunmuş inşa, şeir və rəsm müsabiqələrinin qalibləri olan məktəb şagirdləri dinlənilib, onlara Səfirliyin hədiyyələri təqdim olunub.

Türkiyədə Ümummilli Liderin anım günü tədbirləri davam edir.

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
Hamısı