Qubada poçtdan oğurluq edən şəxs saxlanıldı - ednews.net

31 Yanvar, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Qubada poçtdan oğurluq edən şəxs saxlanıldı

Cəmiyyət A- A A+
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən rayon sakini İlkin Piriyev saxlanılıb.
 
Ednews xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidmətinin Quba regional qrupu yayıb.
 
Araşdırmalar zamanı həmin şəxs rayon ərazisində olan marketlərdən birinə daxil olaraq oradan 490 manat pul və 20 manat dəyərində müxtəlif növ siqaretlər oğurladığını, eləcə də Quba Poçt filialının 1-ci Nügədi poçt şöbəsinə maddi ziyan vurmaqla oğurluğa cəhd etdiyini etiraf edib.
 
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...