Aİ tədbir keçirdi

Cəmiyyət 19:09 16.12.2022
Avropa İttifaqının nümayəndəliyi ilin yekunlarına həsr olunan tədbir keçirib. Ednews xəbər verir ki, tədbirdə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko iştirak edib.  Giriş nitqində qonaqları və media nümayəndələrini salamlayan səfir Avropa İttifaqının 2022-ci il ərzində Azərbaycanda gördüyü işlər və əldə etdiyi nailiyyətlərdən danışıb.  "Təhsil, iqtisadiyyat sahəsində böyük uğur əldə etmişik. Bu uğurlar bilavasitə nəinki Azərbaycandakı nümayəndəliyin, həmçinin Aİ-yə üzv olan digər dövlətlərin verdiyi töhfənin göstəricisidir. Bu işlərimizin işıqlandırmasında yaxından iştirak edən media nümayəndələrinə öz təşəkkürümü bildirirəm. Konkret sahələr barədə çıxış etmək istəyirəm. Bu planlar üzrə 2 milyard vəsaitin sərf edilməsi nəzərdə tutulur. İqtisadi investisiya qoyuluşunun əhatə dairəsi yeni iş yerlərinin yaradılması, iqtisadiyyatın şaxələndirilməsinin artırılması, yaşıl və rəqəmsal iqtisadiyyata keçidin əldə edilməsi, bu yolda rifahı təmin etmək və artırmaqdır. Azərbaycan hökuməti ilə bununla bağlı sıx təmasda çalışırıq. Bu işin nəticəsi olaraq ötən həftə Azərbaycan hökuməti ilə yüksək səviyyədə işçi qrupu yaratmışıq. Onlar sözügedən işlər üzərində çalışacaqlar. Həmin plan üzrə bir neçə layihənin icrasına başlanılıb. Avropa Yenidənqurma və İnkişaf Bankı bilavasitə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə küçələrin işıqlandırılması ilə bağlı layihədə iştirak edir. Həmçinin kəndlərlə bağli layihə də mövcuddur. Bu layihə üzrə Azərbaycanın əsas tərəfdaşı kimi "Aztelekom" çıxış edir. Dekabr ayının əvvəlində yeni layihəyə start verilib. Bakı limanı ilə bağlı layihənin məqsədi sözügedən ərazini əsas qovşağa çevirmək, dəstək olmaq, oraya ilk yaşıl liman adını qazandırmaqdır. Bu liman regional miqyasda böyük əhəmiyyət daşıyır. Bu il Aİ ilə Azərbaycan arasında iqtisadiyyat sahəsində işlərin artırılmasını gözləyirik. Azərbaycan Avropa üçün bu sahədə mühüm tərəfdaşdır. Əsasən, bu əməkdaşlıqda enerji sahəsi hakim mövqeyə malikdir. Bununla belə Aİ qeyri-neft sahəsinin də inkişafında yaxından iştirak edir. Bununla bağlı ilk nailiyyət bu ilin iyul ayında Ursula Von der Leyenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə memorandumun imzalanması oldu. Bu memorandum istixana effekti yaradan qazların həcminin azaldılması, ətraf mühitin qorunması baxımından vacibliyi dəstəkləyir. Burada alternativ enerji mənbələrindən istifadə də nəzərdə tutulur. 400-dən çox Avropa şirkəti Azərbaycanda çalışır. Həmçinin buradakı 13 mindən çox kiçik sahibkarlığa dəstək oluruq. İnvestisiya qoyuluşlarının həcminin artırılması əsas götürülür. Paytaxtdan kənarda, kənd ərazisində də tədbirlərin həyata keçirilməsini planlaşdırırıq. 13 mindən çox sahibkarlıq subyektlərinə dəstəyimiz nəticəsində onlar 60 milyondan çox gəlir əldə ediblər. "Yurdumun ləzzəti" adlı layihəmiz gündəmdədir. Bu layihə çərçivəsində kənd təsərrüfatı məhsullarının Azərbaycan bazarında və beynəlxalq arenada tanınması üçün öz dəstəyimizi göstəririk. Digər bir layihədə kənd təsərrüfatında yer alan kiçik sahibkarları dəstəklənməsini nəzərdə tuturuq. Birlikdə əməkdaşlıq edərək ən yüksək standartlara nail ola bilirik. Təhsil sahəsində rekord nəticə əldə etmişik. 25 universitetin iştirak etdiyi 3 layihədə Aİ-nin "Erasmus" proqramı üzrə dəstək nəzərdə tutulur. 5 universitetinin təqdim etdiyi layihə Avropa proqramı tərəfindən dəstəklənib. Təhsil modullarının yaradılması üçün onlar nailiyyətlər əldə edib. Avropa ittifaqı ölkələrinə daxil olan tələbələr Azərbaycana təhsil almağa gəlirlər. Pandemiyadan sonra bu sahədə canlanma müşahidə edirik. Koronavirusdan sonra Avropa təhsil yarmarkası keçirilib. Avropada oxumaq üçün tələbələr böyük səy göstərirlər. Burada hökumətin və Avropa ittifaqının nəzərdə tutduğu proqramlar mövcuddur. "Horizon" proqramı çərçivəsində tələbələr aparıcı təhsil ocaqları ilə əməkdaşlıq edə, tədqiqat işlərini həyata keçirə bilərlər. Gender bərabərliyi sahəsinə də xüsusi diqqət yetirilir. Bu layihədə zorakılığa qarşı tədbirlər həyata keçirilir. Avropa İttifaqı olaraq qadınların, qadın sahibkarların Azərbaycanda güclənməsi baxımından işlər görürük. Bu sahəyə də öz növbəmizdə töhfə vermək üçün lazımi addımlar atırıq. Avropa İttifaqı ilə Azərbaycan arasında son statistik məlumatlar yeni rekordlardan xəbər verir. Beləliklə, Azərbaycandan  ixrac edilən məhsulların 50 faizi Avropa bazarlarına yönəldilir. Əməkdaşlıq dialoqu bütün səviyyələrdə həyata keçirilir. Əsas tərəfdaşımız Azərbaycan hökumətidir. Bu ilin 19 iyun tarixində Əməkdaşlıq şurasının iclası Brüsseldə keçirildi. Burada Azərbaycanin xarici işlər naziri Ceyhun Bayramov və Aİ-nin ali nümayəndəsi Cosef Borell həmsədrlik edirdilər. Əməkdaşlıqla yanaşı, burada edilən islahatlardan da danışırıq. Azərbaycan hökuməti ilə əldə edilən yeni razılaşmaya əsasən tərəfdaşlığın yeni müstəvisində əlverişli şərait yaradılacaq. Tərəfdaşlardan danışırıqsa, vətəndaş cəmiyyəti təşkilatlarını da nəzərdə tuturuq. Vətəndaş cəmiyyəti dövlət qurumlarının əsas tərəfdaşlarından biridir. Bu qarşılıqlı təmas vasitəsilə əldə olunan bir prosesdir. Onların fəaliyyəti üçün məkan geniş olmalıdır. Vətəndaş cəmiyyəti təşkilatları qrantlar vasitəsilə benefisiarlara yardım göstərməlidirlər. Bu mövzuda qanunvericilik də təkmilləşdirilməlidir. Qanunun aliliyi hər birimiz üçün vacibdir. Azərbaycanla olan ortaq fəaliyyət bu məsələlərdə öz əksini tapır. Bunları diqqətdə saxlayacağıq. Zərurət olduqda, gündəmə göstərəcəyik. Müsbət yöndə inkişaf bizim görmək istədiyimiz əsas məqamdır. Son zamanlar Azərbaycanda "Tərtər işi" üzrə müsbət dəyişikliklər görməkdəyik. Araşdırmanın sonu olaraq zərərçəkmiş şəxslərin bəraət qazanmasını istəyirik. Aİ sülh prosesində də yaxından iştirak edir. Avropa Şurasının prezidenti Şarl Mişelə bu işdə atdığı addımlara görə, keçirdiyi çoxsaylı görüşlərə görə təşəkkürümü bildirirəm. Onun təşəbbüsü ilə AR prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla sülhün əldə olunması məqsədilə çoxsaylı görüşlər baş tutub. Nəticələrin əldə olunması üçün öz işimizə davam edəcəyik. Aİ ölkələri Qarabağın azad olunmuş ərazilərində minaların təmizlənməsi baxımından ən böyük tərəfdaşıdır. Kəlbəcərdə 8 nəfərin minaya düşməsi xəbərini bu səhər aldım. Avropa İttifaqına üzv olan 27 ölkə bu dəstək mexanizmində iştirak edir. Bakıda bu ilin ilk yarısında Avropa ittifaqının təşkilatçılığı ilə bir sıra tədbirlər həyata keçirilib. Avropa film festivalı, Avropa mədəni irs festivalı, Avropa-Azərbaycan biznes forumu kimi layihələr baş tutub. "Eurovillage" kimi tədbirlərdə 20 mindən çox insan iştirak edib. Təhsil sahəsində olan işləri diqqətdə saxlamağa davam edəcəyik. 2023-cü il Avropa İttifaqında "bacarıqlar ili" olacaq. Bu istiqamətdə təlimlər, layihələr əldə olunan bacarıqların inkişaf etdirilməsi üçün nəzərdə tutulub". Tədbirin yekununda səfir jurnalistlərin suallarına cavab verib. Günel Həsənova
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Hamısı