Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisindəki kafelərin birində Bakı şəhər sakini T.Ş-nın cüzdanından qeyri-aşkar şəraitdə bank kartının oğurlanması, sonradan isə hesabından 1310 manatının çıxarılması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Ednews-a verilən xəbərə görə, Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bərdə rayon sakini Elsevər Dərgahov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.