Bu il Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyətə başlamasının 30 illiyi tamam oldu.
BAMF-ın 30 illik yubileyi ilə əlaqədər beynəlxalq təşkilatların nümayəndələri, xarici qonaqlar, dövlət xadimləri və bir çox rəsmi şəxslərin iştirakı ilə böyük tədbir keçirilib.
Həmçinin yubiley münasibətilə BAMF-ın prezidenti Umud Mirzəyevə müxtəlif dövlət qurumları və tanınmış şəxslər tərəfindən təbrik məktubları ünvanlanıb.
Yubiley öncəsi BAMF-a uzun illər əməkdaşlıq etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən də təbrik məktubu daxil olub. Cənab nazir Sahil Babayevin imzası ilə gələn məktubda qeyd edilib ki, BAMF uzun illərdir ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün çox vacib işlər görür.
BAMF-a təbrik məktubu ünvanlayanlardan biri də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiasi Naziri Sahil Babayevdir.
Təbrik mətnini təqdim edirik:
“Hörmətli Umud müəllim!
Sizi və rəhbərlik etdiyiniz kollektivi Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) 30 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
Müstəqil beynəlxalq qeyri-hökumət təşkilatı olan BAMF ötən dövrdə uğurlu bir yol keçərək, media və vətəndaş cəmiyyətinin, milli jurnalistikanın inkişafına, həssas qrupların problemlərinin həllinə, sülhməramlı aksiyaların təşkilinə, miqrasiya məsələlərinin öyrənilməsinə və s. mühüm töhfələrini verib.
Beynəlxalq təşkilatlarla geniş əməkdaşlıq gündəliyinə malik olan Fond həmişə humanitar proseslərin fəal iştirakçısı olmaqla, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında da önəmli işlər aparır.
Siz eyni zamanda son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şurada təmsil olunmaqla Nazirliklə sıx əməkdaşlıqdasınız.
İctimai şuranın sədri və son illər sədr müavini olaraq Nazirliyin fəaliyyat istiqamətləri ilə bağlı ictimai nəzarətin təşkilində, sosial sahəda aparılan geniş miqyaslı islahatlar prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin olunmasında önəmli xidmətləriniz vardır.
Sizi bir daha təbrik edir, Fonda mühüm ictimai əhəmiyyət kəsb edən çoxşaxəli və dəyərli fəaliyyətində yeni-yeni nailiyyətlar arzulayıram”.
Təbrik məktubuna görə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev öz növbəsində Sahil Babayev və onun rəhbərlik etdiyi quruma göstərdikləri diqqət üçün dərin təşəkkürünü bildirib. O, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə ilə uzun illər etdiyi əməkdaşlıqdan məmnun olduğunu da qeyd edib.