Oğuz şəhəri ərazisində yerləşən kompüter təmiri məntəqəsindən oğurluq edilməsi ilə bağlı rayon Polis şöbəsinə məlumat daxil olub.
Ednews xəbər verir ki, bu barədə Bizim media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan 1500 manat pul oğurlayıb.
Qeyd olunur ki, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş rayon sakini Elçin Mahmudov saxlanılıb.
O, ifadəsində əməlini etiraf edib və oğurladığı pulu xərclədiyini bildirib.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.